Kobaxidze: Məqsədimiz regionda sülh və sabitliyi təşviq etməkdir
sizinxeber.az xəbər saytı

Kobaxidze: Məqsədimiz regionda sülh və sabitliyi təşviq etməkdir


Gürcüstan üçün regional əməkdaşlıq çox önəmlidir və ölkə, Azərbaycan, Ermənistan, eləcə də Türkiyə ilə münasibətləri inkişaf etdirir.

"Sizinxeber.az"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Səfirlər Konfransı 2024"ün bağlanış mərasimində deyib.

Onun sözlərinə görə, Gürcüstanın məqsədi regionda sülh və sabitliyi təşviq etməkdir, bunun üçün son illərdə bir çox mühüm addımlar atılıb və gələcəkdə də bu istiqamətdə işlər davam edəcək.

Baş nazir bildirib ki, hər bir sahə üzrə Gürcüstanın beynəlxalq mövqelərinin gücləndirilməsi vacibdir.

“Regional inteqrasiyanın mühüm mexanizmi olan "Orta Dəhliz" çərçivəsində qonşu ölkələrlə strateji layihələrin həyata keçirilməsi Cənubi Qafqazda sülhün təmin olunmasına kömək edəcək. Xoşbəxtlikdən, artıq qonşu ölkələrlə çox vacib strateji layihələrimiz var ki, bu da sülhün təşviqinə çox mühüm töhfə verir. Bu sahədə gələcəkdə də fəal iş aparılacaq”, - o əlavə edib.

Kobaxidze Asiya regionu ilə əməkdaşlığın artmasının “Orta Dəhliz” layihəsinə müsbət təsir edəcəyini vurğulayıb və Çinlə strateji tərəfdaşlıq müqaviləsi imzalandığını, bununla da iqtisadi əməkdaşlığın gücləndirildiyini qeyd edib.

O, həmçinin Hindistan, Yaponiya, Koreya və Yaxın Şərq ölkələri ilə münasibətlərin möhkəmləndiyini bildirib.

Oxşar xəbərlər

Kobaxidze: Bakıda Orta Dəhliz təşəbbüsü çərçivəsində əlaqələrin inkişafı müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kobaxidze Azərbaycanla əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrakli Kobaxidze: Tbilisi İrəvanla Bakı arasında sülh prosesini alqışlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan: “Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan XİN: Haqsız tənqidlər strateji tərəfdaşlarla münasibətlərə kölgə salır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər