İrakli Kobaxidze: "Qara dəniz sualtı kabel layihəsi Gürcüstanı regionun bağlantı mərkəzinə çevirəcək"
Qara dəniz sualtı kabel layihəsi Gürcüstanın beynəlxalq bağlantı imkanlarını daha da genişləndirəcək.
“Sizinxeber.az”un Gürcüstan bürosunun məlumatına görə, bu barədə Baş nazir İrakli Kobaxidze parlamentdə illik hesabat zamanı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, layihə hazırda hazırlıq mərhələsindədir və ölkənin beynəlxalq əlaqələndirici funksiyasının gücləndirilməsinə xidmət edəcək.
“Gürcüstan dənizə çıxışı olmayan yeddi ölkəni – Mərkəzi Asiyanın beş dövlətini, eləcə də Azərbaycan və Ermənistanı Qara dəniz vasitəsilə Avropa ilə birləşdirəcək”, - Baş nazir vurğulayıb.
Qeyd edək ki, Qara dəniz sualtı kabel layihəsi Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir və regionun rəqəmsal əlaqəliliyini, enerji və informasiya mübadiləsini gücləndirmək məqsədi daşıyır. Layihə başa çatdıqdan sonra, Azərbaycan da daxil olmaqla Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri Avropa ilə birbaşa rəqəmsal bağlantıya malik olacaq.
Oxşar xəbərlər
Kobaxidze: Qara dəniz sualtı elektrik kabeli enerji müstəqilliyi və təhlükəsizliyinə effektiv həllər təmin edəcək
Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsi 2030-cu ilədək tamamlanacaq
Qara dəniz enerji kabelinin çəkilməsi layihəsinin perspektivliyi təsdiqlənib
Burduja: Qara Dəniz Enerji Kabelinin tikintisi ən azı 3,5 milyard avroya başa gələcək
Qara dəniz sualtı kabelini idarə edəcək birgə müəssisə yaradılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













