Rusiyada yüngül təyyarələrin və mülki PUA-ların 5200 metrə qədər yüksəklikdə uçuşları qadağan olunub
sizinxeber.az xəbər saytı

Rusiyada yüngül təyyarələrin və mülki PUA-ların 5200 metrə qədər yüksəklikdə uçuşları qadağan olunub


Rusiyada yüngül və ultrayüngül təyyarələrin, eləcə də mülki PUA-ların 5200 metrə qədər yüksəkliklərdə uçuşları 20 iyun 2026-cı il tarixindən etibarən, sonrakı xəbərdarlığa qədər məhdudlaşdırılacaq.

Sizinxeber.az-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi-Rosaviasiya məlumat yayıb.

Bildirilib ki, Müdafiə Nazirliyinin təqdimatına əsasən, hava məkanına məhdudiyyətlər Moskva şəhəri, Moskva vilayətinin əksər hissəsi və Ryazan, Tula, Kaluqa, Tver, Yaroslavl və Vladimir vilayətlərinin bəzi hissələri üzərində tətbiq olunacaq.

Rosaviasiya istisnaların dövlət və eksperimental aviasiya təyyarələrinə şamil ediləcəyini vurğulayıb.

Oxşar xəbərlər

Moskvaya uçan dörd PUA Podolskda vurulub
Moskva vilayətinə PUA-lar hücum edib, ölən var
Ukrayna ötən gecə Rusiya ərazisinə 337 PUA ilə hücum edib
Moskva aeroportlarında PUA hücumu səbəbindən müvəqqəti məhdudiyyətlər tətbiq edilib
Moskva hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər