Pakistanda baş verən iki partlayış nəticəsində 7 nəfər ölüb
sizinxeber.az xəbər saytı

Pakistanda baş verən iki partlayış nəticəsində 7 nəfər ölüb


Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində yol kənarına yerləşdirilmiş iki bombanın partlaması nəticəsində azı 7 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə Əfqanıstanla sərhədin yaxınlığındakı Bannu dairəsində baş verib. Birinci partlayış nəqliyyat vasitəsinə qarşı yönəldilib. İkinci bomba xilasedicilər hadisə yerinə gəldiyi an işə düşüb.

Vurğulanıb ki, hər iki partlayıcı qurğu məsafədən idarə olunub.

Oxşar xəbərlər

Pakistanda güclü partlayış baş verib, ölənlər var
Pakistanda partlayış nəticəsində binanın damı uçub, altı nəfər ölüb
Pakistanda əldəqayırma qurğu partlayıb, beş polis yaralanıb
Pakistanda partlayış nəticəsində ölənlərin sayı 16-ya çatıb - YENİLƏNİB
Pakistanda güclü partlayışda ölənlərin sayı 5-ə çatıb - VİDEO - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər