KTMT XİN Şurasının iclası başlayıb, Ermənistan iclasda iştirak etmir
Qırğızıstanın Çolpon-Ata şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.
“Sizinxeber.az” Qırğızıstan mediasına istinadən xəbər verir ki, iclasda təşkilatın baş katibi İmanqali Tasmaqambetov iştirak edir.
Qırğızıstan Xarici İşlər Nazirliyindən bildirilib ki, Ermənistan iclasda iştirak etmir, lakin ölkənin nümayəndəsi videobağlantı vasitəsilə görüşə qatıla bilər. Ermənistan XİN nazirin iclasda iştirak etməməsi ilə bağlı hələlik heç bir açıqlama verməyib.
Tərəflər beynəlxalq və regional vəziyyəti, bunun KTMT ölkələrinin təhlükəsizliyinə təsirini müzakirə edəcək, informasiya təhlükəsizliyi və xüsusilə Yaxın Şərqdəki vəziyyətlə əlaqədar terrorizm və ekstremizmə doğru aparan radikallaşmaya qarşı mübarizə məsələlərinə dair bəyanatlar qəbul edəcəklər. Həmçinin Mərkəzi Asiya və Əfqanıstan üçün BMT-nin dayanıqlı inkişaf məqsədləri üzrə regional mərkəzinin yaradılması məsələsi nəzərdən keçiriləcək.
Bundan başqa, iclas iştirakçıları KTMT-nin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və MDB ilə gələcək əməkdaşlığını müzakirə edəcəklər.
Oxşar xəbərlər
Qırğızıstanda KTMT-nin təlimləri başlayıb, Ermənistan iştirak etmir
Ermənistan KTMT-nin Astana sammitində iştirak etməyəcək
KTMT Baş katibi: ABŞ və Ermənistan tərəfdaşlığı digər ölkələr üçün təhlükə yaratmamalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
DSMF: 5 ayda 4,3 milyard manat pensiya, müavinət, təqaüd və ünvanlı yardım ödənilib
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
-
Mehr: İran Milli Ordusu və SEPAH yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
-
Araz çayında batan məktəblinin meyiti tapılıb
-
Sankt-Peterburqda azərbaycanlı "qanuni oğru" saxlanılıb
