Fransa casusluq işi ilə bağlı Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb
sizinxeber.az xəbər saytı

Fransa casusluq işi ilə bağlı Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb


Fransa xarici kəşfiyyat xidmətinin iki əməkdaşını Tbilisidən geri çağırıb.

Bu barədə kəşfiyyat və diplomatik münasibətlər üzrə ixtisaslaşmış Fransanın “Intelligence Online” nəşri məlumat yayıb.

Məlumata görə, onlar may ayında geri çağırılıb. Buna səbəb kimi, “Kartu Bank”ın keçmiş mətbuat katibi və maliyyə polisinin keçmiş yüksək vəzifəli əməkdaşı Georgi Udzilaurinin həbsi göstərilir.

O, mayın 5-də casusluq ittihamı ilə saxlanılıb.

Fransız nəşrinin məlumatına görə, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat iki ölkə arasında münasibətlərdə gərginliyə səbəb olub.

“Fransanın xarici kəşfiyyat xidməti Tbilisidəki iki əməkdaşını Parisə geri çağırmağa məcbur olub”, — nəşr yazır.

Bundan əlavə, Gürcüstan hakimiyyəti diplomatik münasibətlərin daha da pisləşməsinin qarşısını almaq üçün fransız kəşfiyyatçılarını “persona-non-grata” elan etməyib və yalnız ölkəni tərk etmələrini tələb etməklə kifayətlənib.

İddia olunur ki, Tbilisi bu tələbin yerinə yetirilməyəcəyi təqdirdə, onların kimliyini açıqlamaqla hədələyib.

Oxşar xəbərlər

Gürcüstan parlamenti “vətənə xəyanət” maddəsinin geri qaytarılmasını dəstəkləyib
Türkiyə əleyhinə casusluq edən 7 nəfər həbs olunub
MKİ və Mİ6 rəhbərləri Qəzzada atəşkəs üçün birgə çağırış ediblər
Borrell Gürcüstanı LGBT təbliğatına qarşı olan qanunu ləğv etməyə çağırıb
İstefaya gedən Tulsi Qabbardın Mərkəzi Kəşfiyyat İdarəsi ilə qarşıdurma yaşadığı məlum olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər