10
in
2026
14:00
yuxarı
Azərbaycanın 8 şahmatçısı Batumidə keçiriləcək Dünya Kubokunda iştirak edəcək
Azərbaycanın 8 şahmatçısı Batumidə keçiriləcək Dünya Kubokunda iştirak edəcək
Azərbaycanın 8 şahmatçısı Gürcüstanın Batumi şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcək.
Bu barədə "Report"a Azərbaycan Şahmat Federasiyasından bildirilib.
8, 10 və 12 yaşlı şahmatçılar arasında keçiriləcək yarışda Azərbaycanı Ziya Qubatov, Nurlan Qənizadə, Səfa Hümmətov, Attila Orman, Aminə Amanzadə, Nurcan Tahirova, Mehriban Əhmədli və Sadəgül Əfəndi təmsil edəcək.
Yeniyetmələr səfərə məşqçi Nicat Məmmədovun rəhbərliyi altında yollanacaqlar.
Qeyd edək ki, turnir iyunun 15-28-də keçiriləcək.
