"AccessBank" müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb
İyunun 5-də "AccessBank" yaşıl maliyyələşmə və dayanıqlı investisiyaların inkişafı istiqamətində növbəti mühüm addım ataraq, AZZA tərəfindən həyata keçirilən layihə üzrə ilk müstəqil enerji auditini uğurla başa çatdırıb.
Audit, "responsAbility Investments" tərəfindən idarə olunan "Global Climate Partnership Fund"un (GCPF) dəstəyi ilə həyata keçirilib.
Enerji auditi 2025-ci ildə müstəqil texniki məsləhətçi "Energy Efficiency Centre Georgia" tərəfindən aparılıb və 2026-cı ildə yekunlaşdırılıb. Audit çərçivəsində yeni istehsal müəssisəsinin yaradılması və müasir Birgə İstilik və Elektrik İstehsalı (Combined Heat and Power, CHP) sisteminin tətbiqi qiymətləndirilib.
Hesabatın nəticələrinə əsasən, layihə yüksək enerji səmərəliliyi nümayiş etdirib və 30 %-dək enerji qənaəti potensialına malikdir. Eyni zamanda, layihənin Azərbaycan Mərkəzi Bankının "Yaşıl Taksonomiyasına" uyğun olduğu və yaşıl aktiv kimi qiymətləndirilə biləcəyi müəyyən edilib.
Bu audit "AccessBank" tərəfindən müştəri layihəsi üzrə sifariş edilən ilk xarici enerji auditi olub. Layihə Bankın dayanıqlı maliyyələşmə sahəsində şəffaflıq, etibarlılıq və keyfiyyət prinsiplərinə sadiqliyini göstərir. Audit nəticələri həmçinin Bankın yaşıl aktivlərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və monitorinqi üzrə imkanlarını gücləndirir.
"AccessBank" GCPF-in dayanıqlı maliyyə alətlərindən aktiv istifadə edir və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində enerji səmərəliliyini, iqlim dayanıqlığını və ekoloji məsuliyyətli investisiyaları dəstəkləməyə davam edir.
Oxşar xəbərlər
AccessBank müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb
"Unibank" beynəlxalq fonddan 20 milyon dollar kredit cəlb edib
EIB Azərbaycanda "yaşıl layihə”lərə maraq göstərir
ADB "Xəzər yaşıl enerji dəhlizi" layihəsinin hazırlanmasına dəstək göstərəcək
Azərbaycan ADB ilə “yaşıl enerji" sektoruna xarici investisiyaların cəlbini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib
-
Qaradağda torpaq satışı qalmaqalı: Sabiq vəzifəli şəxslərinin məhkəmə istintaqı başladı
-
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
-
Zelenski Putinə görüş və danışıqlar müddətində atəşkəs təklif edib
-
Bakı Təşəbbüs Qrupunun fəaliyyəti beynəlxalq səviyyədə qəbul olunur: Fransanın narahatlığı artır - TƏHLİL
-
Kallas: Aİ Livanın Silahlı Qüvvələri üçün 100 milyon avro ayırır
