sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ərdoğan NATO zirvəsində iştirak etmək üçün Niderlanda gedir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO dövlət və hökumət başçılarının iclasında iştirak etmək üçün sabah Niderlanda gedəcək.
“Report” “Haber Global”a xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fəxrəddin Altun bildirib.
“Sammitdə Avro-atlantik coğrafiyasına təhlükə və risklər barədə strateji fikir mübadiləsi aparılacaq. Bundan əlavə, NATO-nun müəyyən etdiyi əsas təhdidlərə qarşı çəkindirmə və müdafiə sahəsində Alyansın səyləri qiymətləndiriləcək”, - o bildirib.
F.Altun, həmçinin əlavə edib ki, Ərdoğan səfər çərçivəsində dövlət və hökumət başçıları ilə də görüşəcək.
Oxşar xəbərlər
Ərdoğan G20 liderlərinin sammitində iştirak edəcək
Ərdoğan İlon Maskla görüşəcək
Ərdoğan TDT-nin Zirvə toplantısında iştirak üçün Qırğızıstana yola düşüb
Ərdoğan Malayziya, İndoneziya və Pakistana rəsmi səfər edəcək
Ərdoğan NATO Baş katibi ilə Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti müzakirə edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













