Ərdoğan Malayziya, İndoneziya və Pakistana rəsmi səfər edəcək
sizinxeber.az xəbər saytı

Ərdoğan Malayziya, İndoneziya və Pakistana rəsmi səfər edəcək


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10-13 fevralda Malayziya, İndoneziya və Pakistana rəsmi səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun sosial şəbəkə hesabında yazıb.

O, qeyd edib ki, Ərdoğan dəvətlərə cavab olaraq edəcəyi səfərlər zamanı keçiriləcək görüşlərdə həmin ölkələrlə ikitərəfli münasibətlərimizə hərtərəfli nəzər salınacaq, mövcud əməkdaşlığın konkret layihələrlə daha da inkişaf etdirilməsi üçün birgə addımlar atılacaq.

“Hərtərəfli strateji tərəfdaşımız olan Malayziyaya səfərlərindən sonra cənab prezident həmkarları ilə İndoneziya və Pakistanda keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclaslarına sədrlik edəcək. Prezidentimizin səfər edəcəyi ölkələrlə ikitərəfli müqavilə bazasının möhkəmləndirilməsi məqsədilə müxtəlif sahələrdə sazişlərin imzalanması, işgüzar dairələrlə bir araya gəlməsi nəzərdə tutulur”, - F.Altun qeyd edib.

Görüşlər zamanı həmçinin Qəzza məsələsi başda olmaqla aktual regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparmaq planlaşdırılır.

Oxşar xəbərlər

Ərdoğan Albaniya və Serbiyaya rəsmi səfər edəcək
Ərdoğan G20 liderlərinin sammitində iştirak edəcək
Monqolustan Prezidenti 21 ildən sonra Türkiyəyə rəsmi səfər edəcək
Suriya prezidenti sabah Türkiyəyə səfər edəcək
Çinin Dövlət Şurasının Baş naziri Pakistana səfər edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər