Milli Kiber Təhlükəsizlik Agentliyinin fəaliyyət istiqamətləri açıqlanıb
sizinxeber.az xəbər saytı

Milli Kiber Təhlükəsizlik Agentliyinin fəaliyyət istiqamətləri açıqlanıb


Milli Kiber Təhlükəsizlik Agentliyi Elektron Təhlükəsizlik Xidmətinin hüquqi varisi kimi fəaliyyət göstərəcək və bu sahədə formalaşdırılmış təcrübə, potensial və institusional imkanların daha da inkişaf etdirilməsini təmin edəcək.

APA-Economics” xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda keçirilən “IV Milli Kibertəhlükəsizlik Forumu”nda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Agentliyin əsas vəzifələri ölkədə kiber təhlükəsizlik sahəsində tənzimləmə və nəzarətin həyata keçirilməsi, dayanıqlı informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyası, həmçinin kiber təhlükəsizliklə bağlı risklər və təhdidlər barədə ölkə səviyyəsində məlumatlandırmanın təşkili olacaq.

"Dövlət tərəfindən kiber təhlükəsizlik sahəsinə xüsusi diqqət yetirilir və son illərdə ölkənin informasiya məkanının qorunması istiqamətində mühüm işlər görülüb. Vətən müharibəsi dövründə, eləcə də COP29, Ümumdünya Şəhərsalma Forumunun 10-cu sessiyası və digər beynəlxalq əhəmiyyətli tədbirlər zamanı Azərbaycanın informasiya resurslarına qarşı həyata keçirilən çoxsaylı kiberhücum və təxribat cəhdlərinin qarşısı aidiyyəti qurumlarla birgə görülən kompleks tədbirlər nəticəsində uğurla alınıb."-deyə o qeyd edib.

Həmçinin o bildirb ki, Elektron Təhlükəsizlik Xidmətinin fəaliyyəti dövründə əldə olunan nəticələr və formalaşan təcrübə bundan sonra Milli Kiber Təhlükəsizlik Agentliyi tərəfindən davam etdiriləcək.

Oxşar xəbərlər

Nazirlik: Son altı ayda 200 iri hücumlu DDoS hücumu zərərsizləşdirilib
Saməddin Əsədov: "Rəqəmsallaşma gücləndikcə kiber təhlükəsizliyin əhəmiyyəti artır"
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilir - FOTO
ETX: İnformasiya təhlükəsizliyi ilə bağlı minimal kibertəhlükəsizlik tələbləri formalaşdırılır
Türkiyədə Kiber Təhlükəsizlik İdarəsi qurulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər