Putin: Ukrayna ilə atəşkəs müvafiq razılaşmalar əldə edildikdən sonra mümkündür
sizinxeber.az xəbər saytı

Putin: Ukrayna ilə atəşkəs müvafiq razılaşmalar əldə edildikdən sonra mümkündür


Ukrayna ilə atəşkəs müvafiq razılaşmalar əldə edildikdən sonra mümkündür.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığından sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynada döyüşlərin dayandırılmasının tərəfdarıdır, lakin sülhə doğru ən səmərəli yolları inkişaf etdirmək lazımdır.

Putin deyib ki, Rusiya Ukrayna ilə atəşkəs də daxil olmaqla memorandum üzərində işləməyə hazırdır:

"Rusiya və Ukrayna arasında memorandum atəşkəs və nizamlanma prinsiplərini ehtiva edə bilər. Rusiya və Ukrayna bütün tərəflərə uyğun kompromislər tapmalıdır".

Putin Moskva və Kiyev arasında birbaşa danışıqların bərpasına verdiyi dəstəyə görə Trampa təşəkkür edib.

Oxşar xəbərlər

Putin: Rusiya Ukrayna ilə bağlı danışıqlar masasına qayıtmağa hazırdır
Putin: Kiyev üçün 30 günlük atəşkəs sərfəlidir, çünki onun Kursk vilayətindəki bütün hərbçiləri bloklanıb
Putin Ukraynada hərbi əməliyyatların dayandırılması təklifi ilə razılaşdığını deyib - YENİLƏNİB
Putin: Rusiya Ukrayna ərazisindən qaz tranzitindən imtina etmir
Putin: ABŞ və Ukrayna arasında yeraltı sərvətlərə dair mümkün razılaşmanın Moskvaya aidiyyəti yoxdur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər