Putin: Kiyev üçün 30 günlük atəşkəs sərfəlidir, çünki onun Kursk vilayətindəki bütün hərbçiləri bloklanıb
sizinxeber.az xəbər saytı

Putin: Kiyev üçün 30 günlük atəşkəs sərfəlidir, çünki onun Kursk vilayətindəki bütün hərbçiləri bloklanıb


Yerdə vəziyyət sürətlə Rusiya Federasiyasının xeyrinə dəyişir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqlarının yekunları bağlı keçirdiyi birgə mətbuat konfransında bildirib.

O, Kursk vilayətinin Sudja şəhərinin azad edilməsinə görə rusiyalı döyüşçülərə təşəkkür edib:

"Rusiya Federasiyası Sudjaya bitişik bütün yaşayış məntəqələrini bir-bir azad edir.Kursk vilayətində hər şey Rusiya Federasiyasının tam atəş nəzarəti altındadır. Ukrayna hərbçilərinin mühasirədən qaçması qeyri-mümkün olur. Ukrayna üçün 30 günlük atəşkəsə nail olmaq sərfəlidir, çünki onun Kursk vilayətindəki bütün hərbçiləri bloklanıb.
Ukrayna silah əldə etmək və ya məcburi səfərbərlik üçün atəşkəsdən istifadə edə bilər. Rusiya Silahlı Qüvvələri demək olar ki, hər yerdə irəliləyir, atəşkəs olacağı təqdirdə təmas xəttində vəziyyətin necə həll ediləcəyi bəlli deyil",- Rusiya prezidenti qeyd edib.

Putinin sözlərinə görə, Rusiya Federasiyası münaqişəyə son qoymaq və yerdəki vəziyyətə əsaslanaraq məqbul razılaşmalar əldə etmək üçün növbəti addımları müzakirə edəcək.

Oxşar xəbərlər

Rusiya qoşunları Kursk vilayətində Daryino və Plexovo yaşayış məntəqələrini azad edib
Rusiya MN: Ukraynanın Kursk vilayətində əks hücumu dəf edilib
Rusiya Ukrayna qoşunlarının Kursk vilayətində indiyə qədər verdiyi itkiləri açıqlayıb
Rusiya ordusu Kursk vilayətində 10-a yaxın yaşayış məntəqəsini azad edib
Rusiya MN: Ukrayna Kursk vilayətinə 11 tank və 300 hərbçi ilə hücum edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər