Putin: Rusiya Ukrayna ərazisindən qaz tranzitindən imtina etmir
Əgər Ukrayna Rusiya qazının tranzitindən imtina edərsə, Rusiya onu məcbur edə bilməz.
Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostok İqtisadi Forumunun plenar iclasında çıxışında bildirib.
Onun sözlərinə görə, Rusiya Ukrayna ərazisindən qaz tranzitindən imtina etmir, "Qazprom" uzunmüddətli müqavilələr üzrə bütün öhdəliklərini yerinə yetirmək niyyətindədir: "Əgər Ukrayna qaz tranzitindən imtina edərsə, Avropaya qaz nəqlinin həcmi azalacaq, lakin bu, onların seçimidir”.
Putin qeyd edib ki, dünya iqtisadiyyatı Rusiyadan enerji təchizatının dayandırılmasına tab gətirə bilməz: "Rusiya qazı yenə də alınacaq, bunsuz mümkün deyil. Bir çox Avropa ölkələri tənəzzül astanasındadır, vəziyyət daha da pisləşəcək, orada bir çox sənayelər artıq bağlanmaq ərəfəsindədir".
Putin deyib ki, Moskva tədricən digər ölkələrlə qaz tədarükü ilə bağlı danışıqlar aparacaq və Çinə tədarükünü artırır.
Oxşar xəbərlər
Putin: Qərb öz hərəkətləri ilə ölkələri dollardan imtina etməyə sövq etdiyini başa düşür
Putin: Rusiya SQ vəziyyəti sabitləşdirib, düşməni sərhəd ərazilərindən sıxışdırıb çıxarmağa başlayıb
Putin: Durovun Bakıda olduğunu bilmirdim, istəyirdisə, Moskvada görüşə bilərdik
Putin: Hərdən mənə elə gəlir ki, Ukraynanı yadplanetlilər idarə edir
Putin: Favoritimiz Bayden idi, amma onun tövsiyəsinə uyğun olaraq Harrisi dəstəkləyəcəyik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
