Volqoqradda terrorçuların koloniyada bir neçə nəfəri girov götürməsi zamanı PX-nin dörd əməkdaşı həlak olub - YENİLƏNİB-4 - VİDEO
sizinxeber.az xəbər saytı

Volqoqradda terrorçuların koloniyada bir neçə nəfəri girov götürməsi zamanı PX-nin dörd əməkdaşı həlak olub - YENİLƏNİB-4 - VİDEO


Rusiyanın Volqoqrad vilayətində 19 saylı cəzaçəkmə müəssisəsində baş verən insident nəticəsində Penitensiar Xidmətin 4 əməkdaşı həlak olub.

APA xəbər verir ki, bu barədə Rusiya Penitensiar Xidməti (PX) açıqlama yayıb.

Açıqlamada bildirilir ki, İŞİD üzvü olduğunu bildirən dörd məhbus müəssisədə 8 əməkdaşı və 4 məhkumu girov götürüb. Girov götürülənlərdən bəziləri müqavimət göstərib.

Terrorçular dörd əməkdaşa kəsici-deşici alətlərlə müxtəlif dərəcəli xəsarətlər yetiriblər. Onlardan üçü yerində ölüb, müqavimət göstərən daha dörd əməkdaş xəstəxanaya yerləşdirilib. Onlardan biri xəstəxanada keçinib.

Qeyd edək ki, Rusiya Qvardiyasının keçirdiyi əməliyyat nəticəsində terrorçuların dördü də məhv edilib, girovlar azad olunub.

***

18.30

Rusiya Qvardiyasının snayperləri Surovikino koloniyasının əməkdaşlarını girov götürən 4 terrorçunu zərərsizləşdirib, girovlar azad edilib.

APA xəbər verir ki, bu barədə Rusiya Qvardiyasından bildirilib.

***

18:00

Xüsusi təyinatlı qüvvələr Volqoqradda 19 saylı koloniya əməliyyat keçirib, bütün girovlar azad edilib, terrorçular zərərsizləşdirilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb.

Rusiya teleqram kanalları terrorçulardan birinin öldürüldüyünü, 3-nün isə yaralandığını yazıb.

***

15:03

Rusiyanın Volqoqrad vilayətində radikal islamçılar tərəfindən cəzaçəkmə müəssisəsində törədilən insidentin təfərrüatları məlum olub.

APA-nın Rusiya bürosu xəbər verir ki, müəssisədə özlərini İŞİD üzvü kimi təqdim edən bir neçə məhbus penitensiar xidmətin üç əməkdaşını öldürüb, bir neçəsini isə giröv götürüb.

“Mash” teleqram kanalı üç nəfərin öldüyü görüntülənən video yayıb.

Bildirilib ki, müəssisə əməkdaşlarını öldürən radikallar 2 milyon dollar və helikopter tələb edirlər.

Cəzaçəkmə Müəssisəsinin rəisi Andrey Devyatov da girov götürülənlər arasında olub, lakin qaça bilib. Devyatovun hazırda reanimasiyada olduğu açıqlanıb.

Məlum olub ki, koloniyada insident intizam komissiyasının iclası keçirilən zaman baş verib. Bu barədə Federal Penitensiar Xidmət məlumat yayıb.

Hazırda girovların azad edilməsi istiqamətində işlər aparılır, hadisə yerinə xüsusi təyinatlılar gəlib.

Ümumilikdə, koloniyada 1230 məhbusun cəza çəkdiyi bildirilir.

***

14.49

Volqoqradda Cəzaçəkmə Müəssisəsinin əməkdaşlarını qətlə yetirən məhbuslar Rusiya Federasiyasında qadağan olunmuş İŞİD üzvləri olduğu məlum olub.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə "Mash" teleqram kanalının yaydığı videogörüntülərdən məlum olub.

Görüntülərdə 19 saylı Cəzaçəkmə Müəssisəsində azı 3 nəfərin öldürüldüyü, daha bir neçəsinin yaralandığı və girov götürüldüyü əks olunub.

Giröv götürənlər arasında terrorçuluqda təqsirli bilinən bir nəfərin olduğu qeyd olunub.

Təhlükəsizlik qüvvələri hazırda hadisə yerindədir, xüsusi təyinatlılar təcridxanaya hücum etməyə hazırlaşır.

***

14:41

Rusiyanın Volqoqrad şəhərində 19 saylı koloniyada məhbuslar bir neçə nəfəri girov götürüblər.

APA-nın Rusiya bürosu xəbər ki, Rusiya Federal Penitensiar Xidməti məlumatı təsdiqləyib. Qurum bir əməkdaşının həlak olduğunu, bir neçəsinin yaralandığını açıqlayıb. İlkin məlumatlara görə, girov götürənlər İŞİD üzvü olduqlarını açıqlayıblar.

Qeyd edək ki, Rusiyanın teleqram kanalları Volqoqradda koloniyada insident zamanı 3 nəfərin öldüyü barədə məlumat yayıb.

Əraziyə xüsusi təyinatlılar cəlb olunub.

Oxşar xəbərlər

Volqoqradda İŞİD üzvləri təcridxananın üç əməkdaşını qətlə yetirib, bir neçə nəfəri girov götürüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Volqoqradda 3 təcridxana əməkdaşını qətlə yetirən məhbuslar İŞİD üzvləridir - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Volqoqradda koloniyada bir neçə nəfəri öldürüb, bir neçə nəfəri girov götürən məhbusların kimliyi müəyyənləşib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Volqoqradda İŞİD üzvləri koloniyanın üç əməkdaşını qətlə yetirib, bir neçə nəfəri girov götürüb - YENİLƏNİB-1 - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Volqoqradda koloniyanın 3 əməkdaşını qətlə yetirən terrorçular məhv edilib, girovlar azad olunub - YENİLƏNİB-3 - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər