Volqoqradda 3 təcridxana əməkdaşını qətlə yetirən məhbuslar İŞİD üzvləridir - YENİLƏNİB
Volqoradda İstintaq Təcridxanasının əməkdaşlarını qətlə yetirən məhbuslar Rusiya Federasiyasında qadağan olunmuş İŞİD üzvləri olduğu məlum olub. Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Mash teleqram kanalının yaydığı videogörüntülərdən məlum olub.
Görüntülərdə 19 saylı cəzaçəkmə müəssisəsində azı 3 nəfərin öldürüldüyü, daha bir neçəsinin yaralandığı və girov götürüldüyü əks olunub.
Giröv götürənlər arasıbda terrorçuluqda təqsirli bilinən bir nəfərin olduğu qeyd olunub.
Təhlükəsizlik qüvvələri hazırda hadisə yerindədir, xüsusi təyinatlılar təcridxanaya basqın etməyə hazırlaşır.
***
14:41
Rusiyanın Volqoqrad şəhərində 19 saylı koloniyada məhbuslar bir neçə nəfəri girov götürüblər.
Sizinxeber.az-nın Rusiya bürosu xəbər ki, Rusiya Federal Penitensiar Xidməti məlumatı təsdiqləyib. Qurum bir əməkdaşının həlak olduğunu, bir neçəsinin yaralandığını açıqlayıb. İlkin məlumatlara görə, girov götürənlər İŞİD üzvü olduqlarını açıqlayıblar.
Qeyd edək ki, Rusiyanın teleqram kanalları Volqoqradda koloniyada insident zamanı 3 nəfərin öldüyü barədə məlumat yayıb.
Əraziyə xüsusi təyinatlılar cəlb olunub.
Oxşar xəbərlər
Rusiya ötən gecə Ukraynaya məxsus 28 PUA vurub
Azərbaycanda meymunçiçəyinin diaqnostikası və müalicəsi üçün bütün imkanlar var - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
