Azərbaycan və Qırğızıstan hərbçiləri əməliyyatların planlaşdırılmasını müzakirə edib
Azərbaycan və Qırğızıstan Müdafiə nazirlikləri arasında imzalanmış 2026-cı ilin ikitərəfli əməkdaşlıq planına əsasən, bu ölkənin hərbi nümayəndə heyəti ölkəmizə səfər edib.
Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin nümayəndələri qonaqlarla görüş zamanı baş idarənin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, əməliyyatların planlaşdırılması sahəsində görülən işlərə dair brifinq təqdim ediblər.
Tərəflər ölkələrimiz arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini vurğulayıb. Bundan əlavə, görüşdə müvafiq istiqamət üzrə aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb və nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
Bakıda Azərbaycan və Qazaxıstan hərbi nümayəndə heyətləri görüşüb
Azərbaycan-Özbəkistan hərbi mütəxəssislərinin görüşü keçirilib
Azərbaycan-Pakistan “11-ci İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib
Azərbaycan və Gürcüstanın kibertəhlükəsizlik üzrə hərbi mütəxəssislərinin işçi görüşü keçirilib
Hərbi təhlükəsizlik sahəsində Azərbaycan və Qırğızıstan nümayəndələrinin görüşü keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
