Volqoqradda İŞİD üzvləri təcridxananın üç əməkdaşını qətlə yetirib, bir neçə nəfəri girov götürüb - YENİLƏNİB
Volqoradda İstintaq Təcridxanasının əməkdaşlarını qətlə yetirən məhbuslar Rusiya Federasiyasında qadağan olunmuş İŞİD üzvləri olduğu məlum olub. APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Mash teleqram kanalının yaydığı videogörüntülərdən məlum olub.
Görüntülərdə 19 saylı cəzaçəkmə müəssisəsində azı 3 nəfərin öldürüldüyü, daha bir neçəsinin yaralandığı və girov götürüldüyü əks olunub.
Giröv götürənlər arasında terrorçuluqda təqsirli bilinən bir nəfərin olduğu qeyd olunub.
Təhlükəsizlik qüvvələri hazırda hadisə yerindədir, xüsusi təyinatlılar təcridxanaya hücum etməyə hazırlaşır.
***
14:41
Rusiyanın Volqoqrad şəhərində 19 saylı koloniyada məhbuslar bir neçə nəfəri girov götürüblər.
APA-nın Rusiya bürosu xəbər ki, Rusiya Federal Penitensiar Xidməti məlumatı təsdiqləyib. Qurum bir əməkdaşının həlak olduğunu, bir neçəsinin yaralandığını açıqlayıb. İlkin məlumatlara görə, girov götürənlər İŞİD üzvü olduqlarını açıqlayıblar.
Qeyd edək ki, Rusiyanın teleqram kanalları Volqoqradda koloniyada insident zamanı 3 nəfərin öldüyü barədə məlumat yayıb.
Əraziyə xüsusi təyinatlılar cəlb olunub.
Oxşar xəbərlər
Volqoqradda 3 təcridxana əməkdaşını qətlə yetirən məhbuslar İŞİD üzvləridir - YENİLƏNİB
Almaniyada naməlum şəxs xəstəxanada bir neçə nəfəri girov götürüb
Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək
Azərbaycanda meymunçiçəyinin diaqnostikası və müalicəsi üçün bütün imkanlar var - RƏSMİ
Qəzada ölən moped sürücüsünün yeni görüntüləri yayılıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












