Milli Məclisin sədri Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşüb
sizinxeber.az xəbər saytı

Milli Məclisin sədri Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşüb


Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin ilə görüşüb.
Bu barədə Sizinxeber.az-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Görüşdə Əməkdaşlıq Komissiyasının parlamentlərimiz arasında əməkdaşlığın genişləndirilməsi və gündəlikdə olan bir sıra digər məsələlərin müzakirəsi baxımından əhəmiyyətli platforma olduğu vurğulanaraq, növbəti iclasın da uğurla keçdiyi və faydalı müzakirələrin baş tutduğu bildirilib.
Söhbət zamanı iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin uğurla inkişaf etdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, parlament sədrləri və deputatlar arasında baş tutan görüşlər bu münasibətlərin daha da genişlənməsinə xidmət edir.
Həmçinin beynəlxalq parlament təşkilatları, o cümlədən, Parlamentlərarası İttifaq, MDB Parlament Assambleyası və digər beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Azərbaycan və Rusiya parlamentləri arasında əlaqələrin inkişafı müzakirə edilib
Sahibə Qafarova Valentina Matviyenko ilə görüşüb
Andrey Yatskin: Azərbaycan deputatlarının Dövlət Duması seçkilərini müşahidə etməsini gözləyirik
Dağıstan Xalq Məclisinin sədri Azərbaycanda səfərdədir
Rusiya parlamentinin nümayəndələri Azərbaycana səfərə gəliblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər