Moskva və Pekin ABŞ-ın "Qızıl Günbəz" layihəsini strateji sabitliyə açıq təhdid hesab edir
sizinxeber.az xəbər saytı

Moskva və Pekin ABŞ-ın "Qızıl Günbəz" layihəsini strateji sabitliyə açıq təhdid hesab edir


İkitərəfli münasibətlərin dərinləşdirilməsi ilə bağlı birgə bəyanatda Rusiya və Çin neokolonializmi, birtərəfli sanksiyaları, tarifləri və dövlət başçılarının oğurlanmasını sərt şəkildə tənqid ediblər.

APA-nın Moskva bürosu xəbər verir ki, sənəddə Rusiya və Çin "təkbaşına gücün hökm sürdüyü dünyaya" qayıtmağa, birtərəfli və ikinci dərəcəli sanksiyalara, ayrı-seçkilik edən gömrük rüsumlarına və digər ticarət məhdudiyyətlərinə qarşı çıxıblar.

"Moskva və Pekin xarici dövlətlərin aktivlərinin və əmlakının bloklanmasını, ələ keçirilməsini və ya müsadirəsini pisləyirlər.

Tərəflər "digər ölkələrə qarşı xain hərbi zərbələri, danışıqların bu cür zərbələrin hazırlanması üçün ikiüzlü şəkildə istifadəsini, suveren dövlətlərin liderlərinin öldürülməsini" və "mühakimə naminə milli liderlərin həyasızcasına oğurlanmasını" pisləyiblər.

Çin Rusiyanın bərabər və bölünməz Avrasiya təhlükəsizlik arxitekturası yaratmaq təşəbbüsünü yüksək qiymətləndirir. Rusiya da öz növbəsində Çinin qlobal sivilizasiya təşəbbüsünə böyük əhəmiyyət verir.

Rusiya "vahid Çin" prinsipinə sadiqliyini bir daha təsdiqləyir, Pekin isə Moskvanın təhlükəsizlik və sabitliyi, suverenliyi və ərazi bütövlüyünü təmin etmək səylərini dəstəkləyir və Rusiyanın daxili işlərinə kənar müdaxiləyə qarşı çıxır.

Moskva və Pekin ABŞ-ın məsuliyyətsiz mövqeyinin Strateji Silahların Məhdudlaşdırılması Müqaviləsinin qorunmasına mane olmasından təəssüfləndiklərini bildirirlər. Çin Rusiyanın START-in mərkəzi kəmiyyət məhdudiyyətlərinə riayət etməsini alqışlayır.

Tərəflər nüvə silahına malik dövlətlərin bir-birinə qarşı hər hansı təxribatını və düşmənçilik hərəkətlərini pisləyirlər.

Rusiya və Çin "bəzi nüvə silahına malik dövlətlər və onların müttəfiqləri" tərəfindən orta və qısa mənzilli yerüstü raketlərin irəliləməsinə qarşı birgə çıxış edəcəklər.

Moskva və Pekin ABŞ-ın "Qızıl Günbəz" layihəsini strateji sabitliyə açıq təhdid hesab edirlər.

Tərəflər Rusiya-Çin layihəsinə əsasən kosmosda silahların yerləşdirilməsinin qarşısının alınması ilə bağlı müqavilənin hazırlanması üçün dərhal danışıqlara başlamağa çağırırlar.

Rusiya və Çin Yaponiyanın nüvə siyasətindən və Avropa İttifaqında "formal olaraq nüvə silahı olmayan ölkələrin" nüvə silahı inkişaf etdirmək lehinə verdiyi açıqlamalardan ciddi şəkildə narahatdırlar.

Moskva və Pekin qlobal informasiya təhlükəsizliyinə təhdidlərdən narahatdırlar və internet tənzimlənməsi sahəsində təcrübə mübadiləsi aparacaqlar.

İki ölkə İkinci Dünya Müharibəsinin tarixini təhrif etmək cəhdlərinə qarşı müqavimət göstərməyə davam edəcəklər", deyə Rusiya prezidenti Vladimir Putinin Çin lideri Si Cinpinlə görüşündən sonra imzalanan birgə bəyanatda qeyd olunub.

Oxşar xəbərlər

Lavrov: Rusiya və ABŞ heç vaxt Moskva və Pekin münasibətlərini müzakirə etməyib
Lavrov: Rusiya ABŞ ilə silahlara nəzarət üzrə heç bir danışıqlar aparmayacaq
Rəsmi Moskva: Rusiya Ukraynanın nüvə silahı əldə etməsinə imkan verməyəcək
Peskov: Moskva və Vaşinqton sülh naminə çox çalışırlar
Lavrov: NATO-nun ən böyük düşməni özüdür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər