Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
sizinxeber.az xəbər saytı

Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türküstandakı Xoca Əhməd Yəsəvi məqbərəsinə nadir əlyazma Quran nüsxəsi bağışlayıb.

"Report" Akordaya istinadən xəbər verir ki, bu gün Türk Dövlətləri Təşkilatının Türküstanda keçirilən qeyri-rəsmi sammitinin iştirakçı ölkələrinin liderləri Xoca Əhməd Yəsəvi Məqbərəsini ziyarət ediblər.

Səfər zamanı Ərdoğan UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş məqbərəyə Osmanlı xəttatı Əhməd Şəmsəddin Karahisari tərəfindən yaradılmış əlyazma Quran hədiyyə edib.

Akordanın məlumatına görə, qonaqlara türk-islam dünyasının tanınmış mütəfəkkirlərinin və şairlərinin 45 kitabından ibarət ekspozisiya təqdim edilib. Onların arasında Nizaminin "Xəmsə"si, Füzulinin "Leyli və Məcnun" poeması və digər nadir əsərlər var.

Oxşar xəbərlər

Tokayev və Ərdoğan Qaziantepdə Xoca Əhməd Yəsəvi adına məktəb açıblar
İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türküstanda bir sıra mədəni məkanlarla tanış olublar
Prezident və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türküstanda bir sıra mədəni məkanlarla tanış olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər