19
may
2026
16:00
yuxarı
Eldar Əzizov: Son 20 ildə Bakıya təxminən 180 milyard manat investisiya yatırılıb
Eldar Əzizov: Son 20 ildə Bakıya təxminən 180 milyard manat investisiya yatırılıb
Son 20 ildə Bakıya təxminən 180 milyard manat investisiya yatırılıb.
"Report" xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov Ümümdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində tədbirdə deyib.
O bildirib ki, 2003-cü ildən bəri Bakıda 23 milyon kvadratmetrdən çox yaşayış sahəsi istifadəyə verilib:
"Bu dövrdə xəstəxanaların sayı iki dəfə artıb. Eyni dinamika məktəblərin və uşaq bağçalarının sayında da müşahidə olunur. Bu gün Bakı dünyanın ən təmiz şəhərlərindən biri hesab olunur. Şəhərə gələn qonaqlar bu xüsusiyyəti xüsusilə vurğulayırlar".
