Lavrov: NATO-nun ən böyük düşməni özüdür
NATO-nun ən böyük düşməni NATO-nun özüdür.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Antalya Diplomatiya Forumunda çıxış edən Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Avro-Atlantik ictimaiyyətin bütün səyləri yeni müharibəyə hazırlığa yönəlib: "Almaniya, Fransa və İngiltərə burada ön plandadır.
Təhlükəsizliyi təmin etmək üçün yaradılmış Avro-Atlantik strukturlar dağılıb".
Lavrov deyib ki, Moskva və Vaşinqton ABŞ-ın birgə layihələr təklifini müzakirə edir, Rusiya bunu rədd etməyib: “Rusiya ilə ABŞ arasında həmişə irəliləyiş potensialı var, normal münasibətlər qurula bilər. Rusiya və ABŞ diplomatik nümayəndəliklərin işinin normallaşdırılmasından başlayaraq ikitərəfli münasibətləri müzakirə edir, Moskva da Vaşinqtonla birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirir".
Lavrov Antalyada keçirilən forum çərçivəsində Rusiya ilə Ukrayna arasında birbaşa və ya dolayı təmasların olmadığını söyləyib.
Ukrayna münaqişəsinin nizanlanmasından danışan Rusiya XİN başçısı qeyd edib ki, bu kontekstdə Rusiyanı ərazi problemi yox, orada yaşayan insanların problemi narahat edir.
Oxşar xəbərlər
Lavrov: Rusiya NATO ilə dialoqa hazırdır, lakin təcavüzə dözməyəcək
Lavrov: Moskva Ukraynanı NATO-ya cəlb etməyin səhv olması ilə bağlı Trampın sözlərini alqışlayır
Lavrov: Rusiya Türkiyəni ABŞ-la danışıqları barədə ətraflı məlumatlandırıb
Lavrov: NATO qoşunlarının Ukraynaya yeridilməsi Rusiya üçün qəbuledilməzdir
Lavrov bu həftə Moskva və Vaşinqton arasında təmasların anonsunu verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













