BŞTİ-nin tabeliyində 5 Psixoloji-tibbi-pedaqoji komissiya fəaliyyət göstərir
sizinxeber.az xəbər saytı

BŞTİ-nin tabeliyində 5 Psixoloji-tibbi-pedaqoji komissiya fəaliyyət göstərir


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 5 Psixoloji-tibbi-pedaqoji komissiya fəaliyyət göstərir.

Bu barədə "Report"a İdarədən məlumat verilib.

Bildirilib ki, Psixoloji-tibbi-pedaqoji komissiyalar sağlamlıq imkanları məhdud uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin diaqnostikasını aparır, bunun əsasında uşaqların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul edir, valideynlərə və ya qanuni nümayəndələrə müvafiq məsləhətlər verir.

Qeyd edək ki, sağlamlıq imkanı məhdud uşağın xüsusi təhsilə ehtiyacı varsa, valideyni ilə birlikdə aidiyyəti üzrə regional təhsil idarəsi tərəfindən yaşadıqları ərazi üzrə fəaliyyət göstərən psixoloji-tibbi pedaqoji komissiyaya yönləndirilır. Müayinə olunduqdan və sənədlərə baxıldıqdan sonra uşağın faktiki vəziyyətinə uyğun olaraq komissiya tərəfindən müvafiq qərar verilir.

Psixoloji-tibbi-pedaqoji komissiya müəyyən olunmuş qrafik əsasında həftədə 2 dəfə (https://baku.edu.gov.az/az/page/316) fəaliyyət göstərir. Psixoloji-tibbi-pedaqoji komissiyada müayinə pulsuzdur.

Oxşar xəbərlər

Yeni tədris ilində Bakı məktəblərində yarım milyondan çox şagird təhsil alacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər