UN-Habitat: Davamlı mənzil həlləri ekoloji tənəzzülü azalda bilər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
may
2026
16:00
0
0
1 278
ff aaaaaaa

UN-Habitat: Davamlı mənzil həlləri ekoloji tənəzzülü azalda bilər

19 may, 2026
16:00
1 278

UN-Habitat: Davamlı mənzil həlləri ekoloji tənəzzülü azalda bilər

Davamlı mənzil həlləri ekoloji tənəzzülü azalda bilər.

"Sizinxeber.az" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Torpaq, Mənzil və Sığınacaq Bölməsinin rəhbəri, mənzil təminatı üzrə aparıcı mütəxəssisi Ombretta Tempra Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Hamı üçün adekvat mənzil üzrə Hökumətlərarası Açıq Tərkibli Ekspert İşçi Qrupu: Mənzil dayanıqlılığı və davamlılığı üzrə sessiyalararası görüş"də bildirib.

"Mənzil sektorunun ətraf mühitə böyük təsir göstərdiyini nəzərə alsaq, o dəyişdiriləcəyi təqdirdə ətraf mühitə çox müsbət təsir göstərmək üçün böyük potensiala malikdir: "Beləliklə, dövri tikinti, məsələn, resurs hasilatını və tullantıları azaldır; bioliqlim dizaynı və enerji səmərəliliyi enerjiyə olan tələbatı və emissiyaları aşağı salır; dam üstü günəş panelləri mərkəzləşdirilməmiş bərpa olunan enerji mənbəyi rolunu oynayır; suyun təkrar istifadəsi sistemi və mavi infrastruktur su istifadəsini və çirklənməni azaldır; davamlı mənbələrdən əldə edilən taxta-şalban və bambuk kimi bio-əsaslı materiallar (digər bir çox həll yolları ilə yanaşı) karbonun saxlanmasına töhfə verir; təbiətə əsaslanan həllər isə havanın keyfiyyətini yaxşılaşdırır və biomüxtəlifliyi dəstəkləyir. Beləliklə, kifayət qədər çox sayda risklərin olmasına baxmayaraq, artıq öyrənilə biləcək və miqyası genişləndiriləcəyi təqdirdə mənzil sektorunun ekoloji tənəzzülə və çirklənməyə göstərdiyi təsiri həqiqətən dəyişdirə biləcək bir çox həll yolları mövcuddur", - deyə o qeyd edib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul