Zelenski: Ukrayna 30 günlük atəşkəsə hazırdır - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Zelenski: Ukrayna 30 günlük atəşkəsə hazırdır - YENİLƏNİB


Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla telefon danışığı zamanı bildirib ki, Kiyev bu gündən etibarən 30 günlük atəşkəsə hazırdır.

“Report” xəbər verir ki, bu barədə Ukrayna lideri danışıqlardan sonra “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Prezident Trampla yaxşı söhbətimiz oldu. Biz iqtisadi tərəfdaşlıq haqqında sazişin (Ukrayna və ABŞ arasında faydalı qazıntılar haqqında saziş – red.) Ali Rada tərəfindən ratifikasiya edilməsini alqışladıq – bu, əməkdaşlıq üçün bir çox yeni imkanlar açan həqiqətən tarixi sənəddir.

Sülh naminə bundan sonra da səylərin göstərilməsinin zəruriliyini, xüsusən də atıla biləcək konkret addımları müzakirə etdik. Prezident Tramp döyüş meydanındakı vəziyyətlə maraqlandı və ona məlumat verdim. Həmçinin bildirdim ki, Ukrayna hətta bu gündən başlayaraq 30 günlük atəşkəsə hazırdır.

Rusiyanın bu təkliflə razılaşacağını gözləyirik. Mən də təsdiqlədim ki, Ukrayna istənilən formatda danışıqlara hazırdır. Lakin bunun üçün Rusiya tam və qeyd-şərtsiz atəşkəsdən başlayaraq müharibəni bitirmək niyyətinin ciddiliyini göstərməlidir”, - Zelenski vurğulayıb.

Bundan əvvəl Tramp “Truth Sosial” sosial şəbəkəsində Ukraynada atəşkəs əldə olunmayacağı təqdirdə sanksiyalarla hədələyib.

08.05.2025. 19:36

ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparmaq niyyətində olduğunu bildirib.

“Report” xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

“Biz yenicə Ukrayna ilə nadir torpaq metalları üzrə saziş bağladıq və bu saziş onların qanunverici orqanı tərəfindən tam təsdiq edilib. Biz bunu yüksək qiymətləndiririk və mən prezident Zelenski ilə bir az sonra danışacağam”, - Tramp deyib.

Amerika lideri Zelenski ilə konkret hansı mövzuları müzakirə edəcəyini açıqlamayıb.

Oxşar xəbərlər

Zelenski Trampla iqtisadi tərəfdaşlıq haqqında sazişi müzakirə edib
Kelloq: Ukrayna və Rusiya tam atəşkəsə yaxınlaşıb
Zelenski: Ukrayna birtərəfli qaydada atəşi dayandırmayacaq
Zelenski: ABŞ-nin Rusiyaya təzyiq göstərməsi atəşkəsə gətirib çıxara bilər
Zelenski: Tramp Rusiyaya ciddi sanksiyalara nə qədər meylli olsa, atəşkəsə o qədər yaxın olacağıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər