CNN: Tramp iqtisadi və siyasi risklərə görə İranla münaqişəni tez başa çatdırmağa çalışırdı
ABŞ Prezidenti Donald Tramp dünya iqtisadiyyatına, eləcə də aralıq seçkilər ərəfəsində öz populyarlığı və respublikaçıların mövqeyinə təsirinə görə İranla münaqişəni mümkün qədər tez başa çatdırmağa çalışırdı.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, iyunun əvvəlində Tramp və onun müşavirləri Hörmüz boğazının açılmasını, İranın nüvə proqramı ətrafında nizamlanmanın ümumi prinsiplərini nəzərdə tutan Tehranla çərçivə sazişinə nail olmaq qərarına gəliblər.
CNN qeyd edir ki, administrasiyanın bir çox yüksəkvəzifəli nümayəndələri münaqişənin dayandırılmasının tərəfdarı idilər. Xüsusilə, maliyyə naziri Skott Bessent müharibənin iqtisadi nəticələrindən, energetika naziri Kris Rayt isə dünya enerji bazarına təsirindən narahatlığını ifadə edirdi.
Məlumata görə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və Pentaqon rəhbəri Pit Heqset İranın ehtimal olunan razılaşmaları yerinə yetirməyə hazır olduğuna şübhə ilə yanaşan ən skeptik məmurlar sırasında olublar.
Oxşar xəbərlər
ABŞ İranın sülh təklifinə hələ dəqiq cavab vermədiyini bildirib
Kris Rayt: Venesuelada seçkilər Trampın prezidentlik müddəti başa çatmadan keçiriləcək
KİV: Tramp İranla sövdələşmə naminə güzəştə gedə bilər
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
"Axios": Vens və Netanyahu İranla danışıqların şərtlərini müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
ABŞ-nin yeni hərbi kontingentinin Litvaya gəlişinin anonsu verilib
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
