DVX: Azərbaycan 2026-2027-ci illər üzrə IOTA İcraiyyə Şurasında yenidən təmsil olunacaq
sizinxeber.az xəbər saytı

DVX: Azərbaycan 2026-2027-ci illər üzrə IOTA İcraiyyə Şurasında yenidən təmsil olunacaq


Azərbaycan Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 30-cu Baş Assambleyasında təmsil olunub.

Bu barədə "Sizinxeber.az"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) məlumat verilib.

Bildirilib ki, DVX rəisi Orxan Nəzərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Assambleya çərçivəsində keçirilmiş inzibati sessiyada iştirak edib.

Baş Assambleyanın inzibati sessiyasında Macarıstan Milli Vergi və Gömrük Administrasiyasının rəhbəri vəzifələrini icra edən, rəhbər müavini xanım Şila Tamas çıxış edib. Macarıstanın 2025-2026-cı illər üzrə prezidentliyi barədə məlumat verən Ş. Tamaş bu zaman çərçivəsində görülmüş işlər və əldə edilmiş nəticələr barədə danışıb. Sonra IOTA-nın cari və ortamüddətli perspektivdə fəaliyyətini əhatə edən sənədlər səsvermə yolu ilə təsdiq edilib. İştirakçılar Təşkilatın strateji prioritetləri, idarəetmə məsələləri, 2027-ci il büdcəsi və 2027-ci il üzrə IOTA İş Proqramı barədə müzakirələr aparıblar.

Baş Assambleyanın inzibati sessiyasında 2026-2027-ci illər üzrə IOTA-nın prezidenti vəzifəsinə Şimali Makedoniya Dövlət Gəlirləri İdarəsinin Baş Direktoru Elena Petrova təyin edilib. Sessiya çərçivəsində IOTA İcraiyyə Şurasına üzvlərin seçilməsi məqsədilə səsvermə də keçirilib. Səsvermə nəticəsində Azərbaycan İcraiyyə Şurasına 2026-2027-ci illər üzrə üzv seçilib. Qurumun prezidentliyini həyata keçirən Şimali Makedoniya Dövlət Gəlirləri İdarəsi İcraiyyə Şurasına sədrlik edəcək.

Bununla yanaşı, Baş Assambleyanın inzibati sessiyası çərçivəsində Rəhbərlər Paneli keçirilib. O. Nəzərli Rəhbərlər Panelində panelist qismində iştirak edib. Müzakirələr zamanı IOTA-nın gələcək fəaliyyət istiqamətləri, qarşıdakı illərdə vergi administrasiyalarının üzləşəcəyi çətinliklər, üzv vergi administrasiyaları arasında praktiki əməkdaşlığın daha da gücləndirilməsi, təcrübə və bilik mübadiləsinin təşviqi, habelə təşkilatın bu istiqamətlərdə gələcək rolu və prioritetləri ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Azərbaycan IOTA-nın İcraiyyə Şurasının 153-cü iclasında təmsil olunub
Azərbaycan və Almaniya vergi üzrə innovasiyaların tətbiqini müzakirə edib
Azərbaycan TDT Vergi Administrasiyaları rəhbərlərinin ilk görüşündə iştirak edib
Bakıda IOTA-nın 29-cu Baş Assambleyası keçiriləcək
Azərbaycan və Litva vergi üzrə əməkdaşlığın inkişafı üçün işçi qrupu yaradacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər