Rafail Quliyev: "Bu il Naxçıvanda 20 min hektar sahədə payızlıq taxıl əkini aparılacaq"
sizinxeber.az xəbər saytı

Rafail Quliyev: "Bu il Naxçıvanda 20 min hektar sahədə payızlıq taxıl əkini aparılacaq"


Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin artırılması həm ərzaq təhlükəsizliyinin təmin olunmasına, həm də kənd yerlərində əhalinin gəlirlərinin yüksəlməsinə mühüm töhfə verəcək.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bunu muxtar respublikanın kənd təsərrüfatı naziri Rafail Quliyev Şərurda keçirilən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"na dair Naxçıvan iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə deyib.

Onun sözlərinə görə, bu gün qarşıda duran əsas vəzifələrdən biri istifadəsiz və ya natamam istifadə olunan torpaq sahələrinin dövriyyəyə cəlb olunması, əkin sahələrinin genişləndirilməsi və məhsuldarlığın artırılmasıdır: "Məhz bu məqsədlə cari ildə muxtar respublika üzrə 20 min hektar sahədə payızlıq taxıl əkini aparılması hədəf kimi müəyyənləşdirilib. Bu göstəriciyə nail olunması daxili tələbatın ödənilməsi, taxıl istehsalının artırılması və strateji ərzaq ehtiyatlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir".

Nazir qeyd edib ki, eyni zamanda növbəti ilin məhsulu üçün yazlıq əkin sahələrinin 6 min hektara çatdırılması nəzərdə tutulur: "Bu istiqamətdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, fermerlərin və aidiyyəti qurumların birgə fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Dövlət Proqramı kənd təsərrüfatında məhsuldarlığın artırılması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, emal sənayesinin inkişaf etdirilməsi, ixrac imkanlarının genişləndirilməsi və kənd yerlərində məşğulluğun artırılması baxımından mühüm strateji əhəmiyyət daşıyır. Naxçıvanın məhdud torpaq və su ehtiyatlarına baxmayaraq, zəngin kənd təsərrüfatı ənənələri və əlverişli coğrafi mövqeyi mövcud potensialdan daha səmərəli istifadə üçün geniş imkanlar yaradır".

Oxşar xəbərlər

Nazir: "Naxçıvanda ötən il 127 milyon manatlıq aqrar məhsul istehsal edilib"
Məcnun Məmmədov: "Naxçıvanın taxıl istehsalında ölkə üzrə payı 1,3 % olub"
Ceyhun Cəlilov: "Naxçıvan aqrar sahəyə investisiya üçün ən əlverişli regionlardan biridir"
Rafail Quliyev: Müasir suvarma texnologiyalarının tətbiqi kənd təsərrüfatının dayanıqlı inkişafına güclü təkan verəcək
Prezidentin köməkçisi: "52 aqropark kənd təsərrüfatının inkişafını sürətləndirib"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər