Belçikanın baş naziri və müdafiə naziri Ukraynaya gedib
Belçikanın baş naziri Bart de Vever və müdafiə naziri Teo Franken Ukraynaya yollanıblar.
"Sizinxeber.az"-un məlumatına görə, bu barədə onlar sosial şəbəkə səhifələrində bildiriblər.
"Biz Ukraynaya doğru yoldayıq", - deyə De Vever öz instaqramında yazıb.
Franken də X sosial şəbəkəsində baş nazirlə birgə foto paylaşaraq, birgə səfəri elan edib. "Baş nazirimizlə birlikdə Ukraynaya doğru hərəkət edirik, avropalıların ən cəsurlarını hər cür dəstəkləyirik", - mesajda bildirilib.
Xatırladaq ki, 2025-ci il fevralın 3-də Belçikada parlament seçkilərindən təxminən səkkiz ay sonra hökumətin yeni tərkibi and içib. Belçikanın yeni baş naziri sağ mərkəzçi "Yeni Flamand Alyansı" siyasi partiyasından olan Bart De Vever olub.
Oxşar xəbərlər
Belçikanın yeni hökuməti and içib
Belçika Ukraynaya hərbçilərini göndərə bilər
Hindistan Baş naziri Ukraynaya gedib
Almaniyanın müdafiə naziri Ukraynaya gözlənilmədən səfər edib
Litva Ukraynaya yeni hərbi yardım paketi ayırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











