ABŞ yeni nüvə hücum sualtı gəmisini istismara verib
sizinxeber.az xəbər saytı

ABŞ yeni nüvə hücum sualtı gəmisini istismara verib


ABŞ "Virginia Block" IV sinif nüvə hücum sualtı qayığını istifadəyə verib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat xidmətindən bildirilib.

Tədbir Konnektikut ştatındakı Nyu-London şəhərindəki hərbi-dəniz bazasında baş tutub. Bu sinif sualtı qayıqlar 12 "Tomaqavk" qanadlı raketləri ilə təchiz olunub.

Nüvə hücum sualtı qayığının uzunluğu 115 metr, eni isə 10 metrdir. Onun maksimal dalma dərinliyi 240 metr, sürəti isə 25 düyündən(46 km/saat) çoxdur.

Hazırda ABŞ Hərbi Dəniz Qüvvələrində sözügedən sinifdən 23 hücum sualtı qayığı var.

Oxşar xəbərlər

Hindistan ikinci “Arihant” nüvə sualtı qayığını silahlanmaya qəbul edib
Çinin Hərbi Dəniz Qüvvələrinin ən yeni nüvə sualtı qayığı körpüdə batıb
Türkiyə Hərbi Dəniz Qüvvələri altı yeni sualtı qayıq alacaq
Britaniya “Rolls-Royce” ilə sualtı qayıqlar üçün reaktorların yaradılması haqqında müqavilə bağlayıb
Avstraliya nüvə sualtı qayıqları üçün təlim proqramına başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər