Britaniya “Rolls-Royce” ilə sualtı qayıqlar üçün reaktorların yaradılması haqqında müqavilə bağlayıb
Böyük Britaniya hökuməti sualtı donanmanın modernləşdirilməsi proqramı çərçivəsində sualtı qayıqlar üçün nüvə reaktorlarının yaradılması məqsədilə “Rolls-Royce” şirkəti ilə 11 milyard dollar dəyərində müqavilə bağlayıb.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniya hakimiyyətinin yaydığı məlumatda deyilir.
“Rolls-Royce” ilə yeni müqavilə Böyük Britaniyanın təhlükəsizliyinin, həmçinin 2021-ci ildə yaradılmış və ABŞ, Böyük Britaniya və Avstraliyanın daxil olduğu AUKUS ittifaqı çərçivəsində tərəfdaşlığın gücləndirilməsinə kömək edəcək.
Bu tərəfdaşlıq çərçivəsində hərbi əməkdaşlığın iki istiqamətdə inkişafı nəzərdə tutulur. Birinci istiqamət Avstraliyaya atom sualtı qayığı donanmasının verilməsini nəzərdə tutur. Böyük Britaniya SSN-AUKUS sualtı qayıqlarının tikintisinə başlamağı planlaşdırır və bu qayıqlar sonradan hər iki dövlətin hərbi dəniz qüvvələrinin silahlanmasına qəbul ediləcək. Böyük Britaniyanın “BAE Systems” və “Rolls-Royce” şirkətləri Avstraliyanın “ASC Pty Ltd” gəmiqayırma şirkəti ilə birlikdə atom sualtı qayıqlarının yaradılmasını həyata keçirəcək.
2030-cu ildən sonra tikinti işləri Avstraliyada davam etdiriləcək və 2040-cı illərin əvvəllərində Kanberra öz istehsalı olan ilk sualtı qayığı əldə edəcək. O vaxta qədər Avstraliyanın sualtı donanması ABŞ-dən alınmış üç "Virginia" sinifli sualtı qayıq hesabına gücləndiriləcək.
Əməkdaşlığın ikinci istiqaməti sualtı sistemlər, kvant texnologiyaları, süni intellekt və avtonom sistemlər, kibertəhlükəsizlik və radioelektron mübarizə, hipersəs uçuş aparatları və onların zərərsizləşdirilməsi üçün vasitələr, həmçinin innovasiyalar və informasiya mübadiləsi texnologiyalarını əhatə edən səkkiz sahədə hərbi təyinatlı vasitələrin birgə işlənib hazırlanmasını nəzərdə tutur.
Oxşar xəbərlər
Avstraliya nüvə sualtı qayıqları üçün təlim proqramına başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə Hərbi Dəniz Qüvvələri altı yeni sualtı qayıq alacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya NATO-nun Baltik dənizindəki missiyası üçün iki təyyarə göndərəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çinin Hərbi Dəniz Qüvvələrinin ən yeni nüvə sualtı qayığı körpüdə batıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaponiya ABŞ-nin Avstraliyadakı hərbi təlimlərinə qoşulacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












