Danimarkanın baş naziri ABŞ-nin Qrenlandiyanı ələ keçirməyəcəyinə əmindir
sizinxeber.az xəbər saytı

Danimarkanın baş naziri ABŞ-nin Qrenlandiyanı ələ keçirməyəcəyinə əmindir


"ABŞ Qrenlandiyanı ələ keçirməyəcək".

"Sizinxeber.az" xəbər verir ki, bunu Danimarkanın baş naziri Mette Frederiksen adanın paytaxtı Nuukda keçirdiyi mətbuat konfransında deyib.

"Qrenlandiya buranın insanlarına məxsusdur və ABŞ Qrenlandiyanı almayacaq. Təbii ki, bu, hamımızın yaxın bir neçə gün ərzində birlikdə deyəcəyimiz şeydir", - deyə o qeyd edib.

Frederiksen aprelin 2-dən 4-dək Qrenlandiyada səfərdədir. O, martın 11-də keçirilən seçkilərdən sonra ilk dəfə adaya gəlib. Danimarka siyasətçisi Qrenlandiyada yeni baş nazir Yens-Frederik Nilsenlə danışıqlar aparacaq. Mette Frederiksen adanın gələcək Nazirlər Kabinetinin nümayəndələri ilə də görüşəcək.

Oxşar xəbərlər

Danimarkanın Baş naziri: Müdafiə xərclərini artıracağıq
Şimal ölkələrinin liderləri Qrenlandiyanı müzakirə ediblər
Danimarka XİN başçısı: Tramp Qrenlandiyanı əldə etməyəcək
Danimarka Baş naziri: Qrenlandiya krallığın tərkibində qalacaq
KİV: Trampla Danimarkanın baş naziri arasında Qrenlandiya danışıqları çox pis keçib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər