KİV: Trampla Danimarkanın baş naziri arasında Qrenlandiya danışıqları çox pis keçib
sizinxeber.az xəbər saytı

KİV: Trampla Danimarkanın baş naziri arasında Qrenlandiya danışıqları çox pis keçib


ABŞ prezidenti Donald Tramp Danimarkanın baş naziri Mette Frederiksenlə telefon danışığında Qrenlandiyanın alınmasında israr edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yüksək vəzifəli avropalı məmurlara istinadən məlumat yayıb.

Danimarkanın baş naziri gələcək Amerika prezidenti ilə yanvarın 15-də danışıb. Söhbətdən sonra o, Qrenlandiyanın satılmadığını vurğulayıb.

Rəsmilər “FT”yə söhbətin çox pis getdiyini söyləyib. Onlar əlavə ediblər ki, Frederiksenin hərbi bazalar və mədən sahəsində əməkdaşlığı genişləndirmək təklifinə baxmayaraq, adanın satılmadığını deməsindən sonra Ağ Ev rəhbəri aqressivlik nümayiş etdirib.

“Niyyət çox aydın idi. Amerikalılar Qrenlandiyanı istəyir. Danimarkalılar indi böhran rejimindədir”, - mənbə bildirib.

Başqa bir mənbəyə görə, Danimarka vəziyyətdən tamamilə qorxur. “O (Tramp - Qeyd) Danimarkaya qarşı konkret tədbirlərlə, məsələn, hədəflənmiş tariflərlə hədələyib”, - keçmiş Danimarka rəsmisi bildirib.

Frederiksenin ofisi anonim mənbələr tərəfindən verilən söhbəti şərh etməyəcəyini bildirib.

Oxşar xəbərlər

Danimarkanın Baş naziri: Qrenlandiya müstəqilliyi ilə bağlı qərarı özü verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qrenlandiya Baş naziri Trampın ada üzərində nəzarəti ələ almaq çağırışını tənqid edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Danimarka Tramp komandasına Qrenlandiya ilə bağlı mesajlar göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Danimarkanın baş nazirinə zəng edərək Qrenlandiyanı tələb edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qrenlandiya Trampla əməkdaşlıq imkanları axtarır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər