Danimarka Baş naziri: Qrenlandiya krallığın tərkibində qalacaq
sizinxeber.az xəbər saytı

Danimarka Baş naziri: Qrenlandiya krallığın tərkibində qalacaq


Danimarkanın Baş naziri Mette Frederiksen Qrenlandiyanın satılmadığını yenidən vurğulayıb.

“Sizinxeber.az” “Reuters”ə istinadən xəbər verir ki, o, bu açıqlamanı ABŞ dövlət katibi Marko Rubionun ötən həftə Prezident Donald Trampın adanı almaqda maraqlı olmasının "zarafat olmadığı" ilə bağlı səsləndirdiyi fikirdən sonra verib.

"Qrenlandiya bizim ərazimizin bir hissəsidir və satılmır", - M.Frederiksen bu gün Brüsseldə Avropa İttifaqı (Aİ) liderlərinin qeyri-rəsmi görüşündən əvvəl bildirib.

Bununla belə o, Arktikanın strateji əhəmiyyətinin artması ilə bağlı ABŞ-nin mövqeyi ilə razılaşıb.

"Əgər söhbət regionumuzun təhlükəsizliyindən gedirsə, biz dialoqa hazırıq", - Baş nazir əlavə edib.

Daha əvvəl Tramp Danimarkanın muxtar ərazisini ABŞ-nin bir hissəsinə çevirmək niyyətində olduğunu bəyan edib və bunun üçün hərbi və ya iqtisadi vasitələrdən istifadəni istisna etməyib.

Oxşar xəbərlər

KİV: Trampla Danimarkanın baş naziri arasında Qrenlandiya danışıqları çox pis keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şimal ölkələrinin liderləri Qrenlandiyanı müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bild: Trampın Qrenlandiya ilə bağlı sözləri Avropada təşviş yaradıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Danimarkanın Baş naziri: Müdafiə xərclərini artıracağıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Danimarkanın Baş naziri: Qrenlandiya müstəqilliyi ilə bağlı qərarı özü verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər