Danimarka XİN başçısı: Tramp Qrenlandiyanı əldə etməyəcək
Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen və müdafiə naziri Troels Lund Poulsen ABŞ-nin yeni Prezidenti Donald Trampın söylədiyi kimi, Amerikanın Qrenlandiya üzərində nəzarəti ələ keçirmə ehtimalını rədd ediblər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Ritzau” agentliyi məlumat yayıb.
“Tramp Qrenlandiyanı əldə etməyəcək. Beynəlxalq hüquq baxımından Qrenlandiya Qrenlandiyadır, Qrenlandiya xalqı da bir xalqdır”, - o deyib.
Trampın Qrenlandiyanı həqiqətən ələ keçirmək istəyəcəyi təqdirdə adaya ordu yeridib-yeritməyəcəyi ilə bağlı suala nazir belə cavab verib: “O, Qrenlandiyanı əldə etməyəcək. Bu səbəbdən mən burada dayanıb ona nəyisə necə əldə etmək və nəyə göz dikməmək barədə məsləhət verməməliyəm”.
Oxşar xəbərlər
Trampın Qrenlandiyanı almaq niyyəti ciddidir
Qrenlandiya Baş naziri Trampın ada üzərində nəzarəti ələ almaq çağırışını tənqid edib
Qrenlandiya adasının satılmadığı Trampa xatırladılıb
Şimal ölkələrinin liderləri Qrenlandiyanı müzakirə ediblər
KİV: Trampla Danimarkanın baş naziri arasında Qrenlandiya danışıqları çox pis keçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













