Paraplan vasitəsi ilə ölkəyə 47 kq narkotik gətirən şəxslər saxlanılıb
Biləsuvar rayonunda paraplan uçuş aparatı vasitəsilə ölkəyə qaçaqmalçılıq yolu ilə keçirilən ümumilikdə 47 kiloqram marixuana və tiryək, eləcə də 10 104 ədəd psixotrop tərkibli həb polis əməkdaşları tərəfindən aşkarlanıb.
"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, əvvəlcədən ötürülən lokasiya vasitəsi ilə narkotik vasitələri əldə edən, əvvəllər məhkum olunan 62 yaşlı Calal Qəhrəmanov və 35 yaşlı Rəşid Məmmədəliyev saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.
Araşdırmalarla müəyyən edilib ki, C.Qəhrəmanov və R.Məmmədəliyev narkotik vasitələrin paytaxt ərazisində satışını həyata keçirməyi planlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Sumqayıtda İran vətəndaşı vasitəsi ilə əldə edilən 20 kq narkotik aşkarlanıb
Cəlilabadda 17 kiloqram narkotik aşkarlanıb
Yeni ilin ilk günündə 30 kiloqram narkotik vasitə aşkarlanıb
Bakıda avtomobildə 33 kq narkotik tapılıb
Polis Yardımlıda əməliyyat keçirib, 20 kiloqram narkotik aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
Parlament gender bərabərliyinə nəzarət edən orqanının 2025-ci il üzrə hesabatını qəbul edib
-
FHN sel təhlükəsi ilə bağlı tədbirlər keçirib
-
Azərbaycanda bayram günlərinin havası açıqlanıb
