Peskov: ABŞ qoşunlarının Ukraynaya göndərilməsi imkanına dair bəyanata aydınlıq gətirilməsini gözləyirik
sizinxeber.az xəbər saytı

Peskov: ABŞ qoşunlarının Ukraynaya göndərilməsi imkanına dair bəyanata aydınlıq gətirilməsini gözləyirik


Kreml ABŞ vitse-prezidenti Cey Di Vensin ABŞ qoşunlarının Ukraynaya göndərilməsi imkanı ilə bağlı bəyanatına dair izahat gözləyir.

“Report” "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"ABŞ mətbuatındakı müsahibəyə gəlincə, bunlar mövqenin yeni elementləridir. Əvvəllər belə ifadələr eşitməmişdik, səsləndirilməmişdi. Ona görə də, söhbət etdiyimiz həmin təmaslar zamanı, əlbəttə ki, əlavə izahatlar alacağımıza ümid edirik", - D.Peskov bildirib.

D.Peskov ABŞ vitse-prezidentinin müsahibəsində Rusiyanın münaqişəni həll etməkdən imtina edəcəyi təqdirdə ABŞ-ın Ukraynaya ABŞ qoşunları göndərə biləcəyi barədə fikirlərini şərh edib.

Oxşar xəbərlər

Peskov: Rusiya Türkiyədə qaz qovşağı yaratmağı planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov Trampın Ukraynanın Rusiyanın bir hissəsi ola biləcəyi ilə bağlı sözlərinə münasibət bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov Ukrayna böhranının həlli üzrə Rusiyanın əsas şərtini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov: Kreml Paşinyanla qətiyyən razı deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov: Rusiyanın aktivlərindən əldə olunan gəlirlərin Ukraynaya köçürülməsi beynəlxalq hüquq pozuntusudur [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər