sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İmpiçment elan olunan Koreya prezidentinin maaşı artırılıb
Dekabrın 14-də parlamentdə impiçment nəticəsində səlahiyyətləri dayandırılmış Koreya prezidenti Yun Sok Yolun maaşı planlı indeksasiyaya uyğun olaraq artırılıb.
“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.
Bildirilib ki, prezidentin illik maaşı 3 % artırılaraq 262,2 milyon vona (179 min dollar) çatdırılıb.
Qeyd edək ki, Koreya prezidenti Yun Sok Yol dekabrın 3-də hərbi vəziyyət elan edib, buna görə də dekabrın 14-də parlament ona qarşı impiçment elan edib. Konstitusiya Məhkəməsi prezidenti vəzifəsinə bərpa etmək və ya onu hakimiyyətdən tamamilə kənarlaşdırmaq üçün altı ay ərzində qərar verməlidir.
Oxşar xəbərlər
Cənubi Koreya prezidenti üçün impiçment proseduruna başlanılıb - YENİLƏNİB
Cənubi Koreya Prezidenti: İmpiçment proseduruna hazıram
Cənubi Koreya prezidentinin impiçment proseduru başlayacaq
Cənubi Koreyanın Konstitusiya Məhkəməsi prezidentin impiçmentini müzakirə edəcək
Xüsusi müstəntiqlər Cənubi Koreyanın vəzifəsindən kənarlaşdırılmış prezidentini dindirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













