Azərbaycan İsraildə Bələdiyyələr və İnnovasiya Sərgisində iştirak edəcək
Azərbaycanın innovasiya sahəsində fəaliyyət göstərən bir qrup nümayəöndə heyəti İsraildə keçiriləcək Bələdiyyələr və İnnovasiya Sərgisi - MUNI EXPO tədbirində iştirak edəcək
"Sizinxeber.az" xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan və Qazaxıstandan innovasiya sahəsində fəaliyyət göstərən 15 iştirakçıdan ibarət birgə nümayəndə heyəti bu həftə İsrailə səfər edir.
Səfərin məqsədi iştirakçıları innovasiya, akademik mühit, sənaye, sahibkarlıq və texnologiya mərkəzləri, startaplar, kibertəhlükəsizlik, rəqəmsal transformasiya, innovasiya mərkəzləri, su texnologiyaları və digər qabaqcıl texnoloji sahələr üzrə İsrail ekosistemi ilə tanış etməkdir.
Proqram çərçivəsində nümayəndə heyətinin dövlət, özəl sektor, akademik və innovasiya sahələrində fəaliyyət göstərən müvafiq israilli tərəfdaşlarla peşəkar görüşlər keçirməsi, eyni zamanda İsrail cəmiyyəti ilə yaxından tanış olması nəzərdə tutulur.
Bundan əlavə, nümayəndə heyəti İsrail Xarici İşlər Nazirliyində keçiriləcək brifinqlərə qatılacaq, həmçinin İsrailin cənub bölgələrinə və Qəzza sərhədi icmalarına səfər edəcək.
Bakıda yerləşən İsrail səfirliyi və Astanadakı İsrail səfirliyi hesab edir ki, bu nümayəndə heyəti İsrail, Azərbaycan və Qazaxıstan arasında peşəkar dialoqu gücləndirmək üçün mühüm platforma olacaq və innovasiya, texnologiya, eləcə də tətbiqi həllər sahəsində gələcək əməkdaşlıq imkanları yaradacaq.
Oxşar xəbərlər
Azərbaycan İnnovasiya Mərkəzi açılıb
Sumqayıtda İnnovasiya Mərkəzi açılıb
Azərbaycan İsraillə birgə Kibertəhlükəsizlik Əməliyyat Mərkəzi yarada bilər
Azərbaycan İsraillə elm sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi auditor seçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
-
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
