Şükürbəyliyə qayıdan daha 20 ailəyə açarlar təqdim edilib – YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

Şükürbəyliyə qayıdan daha 20 ailəyə açarlar təqdim edilib – YENİLƏNİB-2


Cəbrayıl rayonunun Şükürbəyli kəndinə qayıdan sakinlərə evlərin açarları təqdim olunub.

"Report"un Cəbrayıla ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə Şükürbəyliyə 89 nəfərdən ibarət 20 ailə köçürülüb.

Qeyd edək ki, Şükürbəyli işğal zamanı tamamilə dağıdılan kəndlərdən biridir. Ölkə başçısının göstərişlərinə uyğun olaraq, Şükürbəyli kəndi yenidən qurularaq sakinlərin ixtiyarına verilib.

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yola salınan növbəti köç karvanı məntəqəyə çatıb.

"Report"un Cəbrayıla ezam olunan əməkdaşı xəbər verir ki, ailələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.

Bu mərhələdə 89 nəfərdən ibarət daha 20 ailənin Şükürbəyliyə daimi qayıdışı təmin edilib.

Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, bu mərhələdə Şükürbəyliyə ümumilikdə 89 nəfərdən ibarət 20 ailə köçürülür.

Qeyd edək ki, kəndə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Oxşar xəbərlər

Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb - YENİLƏNİB
Şükürbəyliyə yeni köçürülən ailələrə açarlar təqdim edilib - YENİLƏNİB-2
Növbəti köç karvanları Zəngilan şəhərinə, Şükürbəyli kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB-3
Şükürbəyliyə yola salınan köç karvanı kəndə çatıb - YENİLƏNİB
Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər