Edinson Kavani "Boka Xuniors" klubundan ayrılıb
sizinxeber.az xəbər saytı

Edinson Kavani "Boka Xuniors" klubundan ayrılıb


Uruqvaylı hücumçu Edinson Kavaninin Argentinanın "Boka Xuniors" klubu ilə müqaviləsinə xitam verilib.

"Report"un "Ole"yə istinadən məlumatına görə, tərəflər qarşılıqlı razılıq əsasında yolları ayırıblar.

Təcrübəli futbolçu 2026-cı ildə Argentina təmsilçisinin heyətində cəmi 2 rəsmi oyunda meydana çıxıb.

Hücumçu fevralda kürəyindən cərrahiyyə əməliyyatı olunduğu üçün uzun müddətdir komandasına kömək edə bilmirdi. Onun dekabra qədər qüvvədə olan müqaviləsinin müddətini uzatmaq istəyinə baxmayaraq, klub rəhbərliyi dünya çempionatı dövründə heyətdə yenilənmə işlərini sürətləndirmək məqsədilə yolları vaxtından əvvəl ayırmağı üstün tutub.

Yeni klub axtarışında olan 39 yaşlı oyunçu hələlik karyerasını bitirmək barədə düşünmür.

Qeyd edək ki, E.Kavani 2023-cü ildən "Boka Xuniors"un formasını geyinirdi.

Oxşar xəbərlər

Edinson Kavani "Boka Xuniors"la müqavilə müddətini uzadıb
"Real"ın keçmiş futbolçusu Argentina klubunun baş məşqçisi olub
"Çelsi" argentinalı futbolçunu transfer edib
Argentina klubunun üç futbolçusu sifilisə yoluxub
Argentinanın nəhəng klubu 18 ildən sonra dünya çempionatına qatılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər