Aleksandar Vuçiç: Avropa iqtisadi baxımdan ABŞ və Çindən geri qalır
Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsinin və ümumilikdə Avropanın iqtisadi baxımdan ABŞ və Çindən geri qaldığını və bunun aradan qaldırılması üçün dəyişikliklərin vacibliyini bəyan edib.
"Sizinxeber.az"un Balkan bürosu xəbər verir ki, XXI Dünya İqtisadçılar Konqresinin açılışında danışan Serbiya prezidenti dəyişiklik olmasa belə bir fərqin daha da böyüyəcəyini deyib.
O, daha sürətlə işləyən, az bürokratiyaya malik, işləri daha çevik şəkildə həyata keçirilən iqtisadiyyatın vacibliyindən danışıb. Prezidentin fikrincə belə iqtisadiyyatı olan ölkənin heç kəs qarşısını ala bilməz.
"Bu gün Avropa öz iqtisadiyyatını, sənayesini və informasiya texnologiyaları sektorunu qorumaq üçün müxtəlif mexanizmlər yaradır. Çünki ABŞ və Çin kimi digər böyük güclər yüksək texnologiyalar və innovativ sənaye sahələrində dominant mövqedədirlər. Avropa bu cür bazar yarışında çətinlik çəkir".
Serbiya Prezidenti deyib ki, Avropa İttifaqında xidmət sahəsində əvvəllər təxminən 205 bürokratik maneə var idisə, indi onların sayı 2 900-ə çatıb:
"Bu, çox böyük dəyişiklikdir. Dünya tamamilə fərqlidir. Ancaq heç kim daha sürətli işləyən, daha az bürokratiyaya malik və işləri daha çevik şəkildə həyata keçirən ölkələrin qarşısını ala bilməz. Bu isə Avropadakı bütün dövlətlər, o cümlədən Serbiya üçün ciddi xəbərdarlıqdır".
Oxşar xəbərlər
Vuçiç: Serbiya Aİ-yə üzvlüklə bağlı zəruri şərtləri yerinə yetirəcək
Vuçiç: Almaniya Serbiyanın ən böyük xarici ticarət tərəfdaşıdır
Vuçiç: Ukrayna Avropa İttifaqına üzv olmağa ən yaxın namizəd ölkədir
Serbiya Prezidenti gələn ay Azərbaycana səfər edəcək
Vuçiç: Mən nə Rusiya, nə də başqa bir ölkənin adamıyam
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
-
DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar
