DÇ-26: Niderland İsveçi darmadağın etdi
2026-cı il dünya çempionatında F qrupunun II turunda növbəti oyun keçirilib.
Apasport.az xəbər verir ki, turun mərkəzi qarşılaşmalarından birində Niderland millisi İsveçlə üz-üzə gəlib.
Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayıb.
Niderland ilk hissəni Brobbinin dublu ilə öndə tamamlayıb: 2:0.
İkinci hissəyə də qolla başlayan "narıncı"lar Kodi Qakponun qoluyla hesabı 3:0 edib. 48-ci dəqiqədə fərqlənən Qakpo 6 dəqiqə sonra özünün 2-ci, komandasının 4-cü qolunu vurub. 59-cu dəqiqədə İsveç Elanqanın qoluyla hesab arasındakı fərqi azaldıb. Matçın son dəqiqələrində Niderland daha bir qol vurub. Sammervil hesabı 5:1 edib.
Görüş bu hesabla başa çatıb.
Qeyd edək ki, F qrupunun digər oyununda Tunis və Yaponiya milliləri qarşılaşacaq.
Dünya çempionatı
F qrupu, II tur
20 iyun
21:00. Niderland - İsveç 5:1
Qol: B. Brobbi, 6, 17, K, Qakpo, 48, 54, Elanqa, 59, Sammervil, 89
Niderland: Verbruggen, Dumfris, Van Hekke, Van Deyk, Van de Ven, Qravenberx, De Yonq, Reynders, Malen, Brobbi, Qakpo
İsveç: Nordfeldt, Lindelöf, Hien, Lagerbyelke, Qudmundsson, Ayari, Niqren, Bernhardsson, Karlström, İsak, Gyökeres
Oxşar xəbərlər
DÇ-26: Niderland İsveçə qarşı
DÇ-2026: Braziliya 3 xalı 3 qolla qazanıb
DÇ-2026: Niderland - İsveç matçında hesab arasındakı fərq azalıb - YENİLƏNİB-7
DÇ-2026: Niderland - İsveç matçında 6-cı qol vurulub - YENİLƏNİB-8
Niderland Maltanı darmadağın edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
