İcra başçısı: Şərurda kənd təsərrüfatının bir çox sahələrində inkişafa nail olunub
Şərur rayonu Muxtar Respublikanın başlıca aqrar rayonu olaraq regionun kənd təsərrüfatı məhsullarına, xüsusən tərəvəz, dənli və dənlipaxlalılara olan tələbatının qarşılanmasında əsas təchizatçı rolunu oynayır. İllər ərzində rayonumuzda kənd təsərrüfatının bir çox sahələrində inkişafa nail olunub.
Sizinxeber.az xəbər verir ki, bunu “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” ilə bağlı zona müşavirəsində Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov deyib.
Qeyd olunub ki, Şərur rayonunun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının inkişafı, eləcə də istehsalın artırılması, idxaldan asılılığın azaldılması və əhalinin yerli məhsullara olan tələbatının ödənilməsi istiqamətində işlər mütəmadi olaraq tərəfimizdən davam etdirilir:
"2025-ci ildə rayon üzrə ümumi məhsul buraxılışı 304 milyon 749 min manat olub. Ondan 159 milyon 64 min manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilmişdir ki, bunun da 49 milyon 603 min manatını heyvandarlıq və 109 milyon 461 min manatını isə bitkiçilik məhsulları təşkil edib. Ümumi məhsul buraxılışının 52,2 %-i kənd təsərrüfatı məhsullarının payına düşüb".
Bildirilib ki, dövlət dəstəyi kənd təsərrüfatının inkişafı istiqamətində aparılan dövlət tədbirləri Şərur rayonunda da davamlı diqqətdə saxlanılmaqdadır: "Belə ki, ötən il 2025-ci ilin məhsulu üçün rayon üzrə əkin aparılan sahələrə Aqrar subsidiya şurasının qərarına uyğun olaraq subsidiyaların verilməsi tam həcmdə icra edilmiş, payızlıq taxıl əkinlərinə 653759 manat, yazlıq əkinlər üçün 366077 manat, meyvə bağları üçün 64431 manat və təkrar əkinlər üçün 1744 manat olmaqla 1.086.000 manat dəyərində əkin subsidiyası fermerlərə çatdırılıb. Həmçinin 2026-cı ilin məhsulu üçün əkilən payızlıq taxıllar üçün cari ilin ilk rübündə 581 min 966 manat dəyərində subsidiyanın ödənilməsi təmin olunub. Əlavə olaraq Sahibkarlığın İnkişafı Fondu tərəfindən fermerlərə təklif olunan aşağı faizli, güzəştli kreditlər kənd təsərrüfatı üzrə fəaliyyət sahələrinin inkişafına real şərait yaradıb".
İH başçısı bildirib ki, Şərur rayonundan olan fermerlər tərəfindən Fondun güzəştli kreditlərinə kifayət qədər maraq və əsaslandırılmış müraciətlər var. 2025-ci il ərzində Fond vasitəsilə Şərur rayonu üzrə ümumilikdə 49 layihəyə 1 milyon 482 min manat dəyərində güzəştli kreditin ayrılmışdır ki, ayrılan kreditləri 44-ü kənd təsərrüfatı (heyvandarlıq və istixana təsərrüfatlarına) sektorunun inkişafına yönəldilib. Həmçinin cari ilin I rübü ərzində Fond vasitəsilə Şərur rayonu üzrə ümumilikdə 11 layihəyə 414 min manat dəyərində güzəştli kreditin ayrılması təmin edilmişdir ki, ayrılan kreditlərin 10-u kənd təsərrüfatı (heyvandarlıq, əkinçilik və istixana təsərrüfatlarına), 1-i isə qida sənayesi (şirniyyat istehsalı) sektorunun payına düşür.
O da qeyd olunub ki, suvarma təminatı Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və himayəsi ilə tikilən və 1977-ci ildə istifadəyə verilən Arpaçay su anbarı Şərur rayonunda kənd təsərrüfatının inkişafında çox mühüm rol oynayır:
"Belə ki, 150 milyon m3 su tutumu olan su anbarı Şərur rayonu ilə yanaşı Arpaçayın sağ və sol sahil kanalları vasitəsilə Kəngərli və Sədərək rayonlarında da kənd təsərrüfatının inkişafına böyük töhfələr verməkdədir. Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün tədbirlər planı və Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 21 və 24 fevral 2026-cı il tarixli Sərəncamları ölkə rəhbərinin Muxtar respublika ilə yanaşı Şərur rayonuna da diqqət və qayğısının təzahürüdür. Qarşıdakı illərdə rayonun suvarma infrastrukturunun əsas arteriyaları olan və mənbəyini Arpaçay dəryaçasından götürən sağ və sol sahil kanallarının cari təmiri, eləcə də Araz çayı və Arpaçay kanalları üzərində quraşdırılmış suvarma nasos stansiyalarının yenidən qurulması layihələrinin icrası rayonun kənd təsərrüfatı sahəsində yeni inkişaf mərhələsinə keçməsinə şərait yaradacaqdır. Nəzərdə tutulan layihələrin icrası nəticəsində rayon üzrə ümumi əkin dövriyyəsi 11 min hektardan 13 min hektara çatdırılacaqdır ki, bu da daha gəlirli və yüksək istehlak tələbatı olan bitkiçilik məhsullarının istehsalını inkişaf etdirəcək".
Oxşar xəbərlər
İcra başçısı: Şəmkirdə aqrar sahədə ciddi irəliləyiş əldə olunub
Rafail Quliyev: Müasir suvarma texnologiyalarının tətbiqi kənd təsərrüfatının dayanıqlı inkişafına güclü təkan verəcək
Nazir müavini: Yeni dövlət proqramı aqrar dəyər zəncirinin bütün mərhələlərini əhatə edir
Nazir: Dövlət Proqramı üzrə tələb olunan investisiya həcmi 5,9 milyard manat qiymətləndirilir
ADSEA sədri: Dövlət Proqramının ana xəttini intensiv təsərrüfatçılığa keçid təşkil edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
-
DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar
