Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 6 medal qazanıblar
sizinxeber.az xəbər saytı

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 6 medal qazanıblar


Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada keçirilən "Bosnia Open" beynəlxalq turnirində 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.

Bu barədə "Sizinxeber.az"a Azərbaycan Taekvondo Federasiyasından bildirilib.

Yarışda Azərbaycan Taekvondo Federasiyasının müxtəlif klublarını təmsil edən yeniyetmə və gənc idmançılar qüvvələrini sınayıblar.

Allahverdi Məmmədov (+78 kq, gənclər, "Atlet" TK) qızıl, Aliyə Məmmədli (+59 kq, yeniyetmələr, "Altay" TK) və Sadiq Məmmədzadə (53 kq, yeniyetmələr, "Alpman" TK) gümüş mükafat əldə ediblər.

Zəhra Vəliyeva (59 kq, gənclər, "Asiman" TK), Sübhan Rzayev (41 kq, yeniyetmələr, "Alpman" TK), Məhəmməd Bağırov (33 kq, yeniyetmələr, DGK İSM) və Rəsul İsmayılov (59 kq, gənclər, DGK İSM) isə üçüncü yeri tutublar.

Oxşar xəbərlər

Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada iki medal qazanıblar
Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada daha iki medal qazanıblar
Azərbaycan taekvondoçuları Albaniyada 14 medal qazanıblar
Azərbaycan taekvondoçuları Belçikada keçirilən beynəlxalq turnirdə 6 medal qazanıblar
Azərbaycan taekvondoçuları klublararası Avropa çempionatında 6 medal qazanıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər