Cənubi Koreyanın Konstitusiya Məhkəməsi prezidentin impiçmentini müzakirə edəcək
sizinxeber.az xəbər saytı

Cənubi Koreyanın Konstitusiya Məhkəməsi prezidentin impiçmentini müzakirə edəcək


Koreya Respublikasının Konstitusiya Məhkəməsi yanvarın 14-də ölkə Prezidenti Yun Sok Yolun impiçmenti üzrə məhkəmə prosesində ilk şifahi müzakirə keçirəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Yanvarın 3-də Konstitusiya Məhkəməsində prezidentin vəkilləri və dekabrda prezidentin hakimiyyətdən kənarlaşdırılmasına səs verən Milli Assambleya (parlament) nümayəndələrinin iştirakı ilə impiçment üzrə ikinci ilkin dinləmə keçirilib.

Parlament rəsmiləri məhkəmə qərarına baxmayaraq, hüquq-mühafizə orqanlarının Yun Sok Yolu həbs edə bilmədiklərinə görə üsyanın davam etdiyini söyləyib. Yolun vəkilləri israrla bildiriblər ki, dövlət başçısının hərəkətlərinin cinayət xarakterini göstərmək üçün sübutlar “üsyan” ifadəsindən istifadə etməyə imkan vermir.

İlk debat parlamentin dekabrın 14-də Yola impiçment elan etməsindən bir ay sonra baş tutacaq. Dekabrın 3-ü axşam saatlarında Yol Şimali Koreya tərəfdarı ünsürlərə və icra hakimiyyətinin iflic vəziyyətinə qarşı mübarizə aparmaq üçün onilliklər ərzində ilk dəfə hərbi vəziyyət tətbiq edib, amma rejim qüvvəyə minəndən təxminən altı saat sonra qaldırılıb.

Oxşar xəbərlər

Cənubi Koreya prezidenti üçün impiçment proseduruna başlanılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreya müxalifəti parlamentə baş nazirin impiçmenti barədə təklif göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dekabrın 27-də Cənubi Koreya prezidentinin impiçmenti ilə bağlı ilkin dinləmə keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreya Prezidentinin vəkilləri onun həbsinə dair orderdən şikayət etmək niyyətindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah Gürcüstanın Konstitusiya Məhkəməsi prezidentin iddiasına baxacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər