Xüsusi müstəntiqlər Cənubi Koreyanın vəzifəsindən kənarlaşdırılmış prezidentini dindirəcək
sizinxeber.az xəbər saytı

Xüsusi müstəntiqlər Cənubi Koreyanın vəzifəsindən kənarlaşdırılmış prezidentini dindirəcək


Xüsusi müstəntiqlər qrupu Cənubi Koreyanın vəzifəsindən kənarlaşdırılmış prezidenti Yun Sok Yolu dekabrın 18-də dindirməyə çağırmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Dekabrın 14-də parlament hərbi vəziyyətin tətbiqi ilə əlaqədar Yun Sok Yola qarşı impiçment elan edib və bu, onun səlahiyyətlərinin dayandırılması ilə nəticələnib.

İndi Konstitusiya Məhkəməsi impiçmentin təsdiqlənməsi və ya Yun Sok Yolun vəzifəsinə bərpa olunması barədə qərar verməlidir. O, konstitusiya quruluşunu devirmək üçün fitnə törətməkdə şübhəli bilinərək araşdırılır.

Oxşar xəbərlər

Cənubi Koreyanın devrilmiş prezidenti dekabrın 18-də dindiriləcək
Cənubi Koreyanın Müdafiə Nazirliyi Baş qərargah rəisini vəzifəsindən azad edib
Cənubi Koreyanın hakim partiyasının lideri hərbi vəziyyətin tətbiqini pisləyib
Cənubi Koreyanın prezidenti vaxtından əvvəl istefa verir
Cənubi Koreyada istefa verən keçmiş müdafiə naziri həbs edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər