İsrail şirkəti “Elbit Systems” Rumıniyaya antidron sistemləri tədarük edəcək
sizinxeber.az xəbər saytı

İsrail şirkəti “Elbit Systems” Rumıniyaya antidron sistemləri tədarük edəcək


İsrail şirkəti “Elbit Systems” NATO üzvü olan Rumıniyaya çoxsəviyyəli dronlara qarşı mübarizə sistemlərinin tədarükü üçün təxminən 60 milyon dollar dəyərində müqavilə əldə edib.

“Report” ”News.ro” agentliyinə istinadən xəbər verir ki, şirkət müqavilənin üç il ərzində həyata keçiriləcəyini açıqlayıb.

Nəşrin rəsmi mənbələrinin məlumatına görə, antidron sistemləri Rumıniyaya tədarük ediləcək.

“Müqavilə modulyar “ReDrone Counter-UAS” sisteminin tədarükünü nəzərdə tutur. O cümlədən təkmilləşdirilmiş “DaiR” radarı və “SIGINT” siqnal kəşfiyyatı sensorları tədarük ediləcək”.

“ReDrone” sistemi düşmən PUA-larını aşkar edə və tanıya bilər, onları şəhər və ya kənd mühitində istənilən hava şəraitində həm gündüz, həm də gecə izləyə və neytrallaşdıra bilər. Sistem stasionar və mobil konfiqurasiyalarda mövcuddur, istismar çevikliyini artırmaq üçün nəqliyyat vasitələrinin platformalarında quraşdırıla bilər.

Oxşar xəbərlər

İsrailin "Elbit Systems" şirkəti Rumıniyaya dron əleyhinə sistemlər tədarük edəcək
Norveç 240 milyon dollarlıq hava hücumundan yeni müdafiə sistemləri alacaq
Rumıniya və ABŞ 30-dan çox F-35 qırıcısının tədarükü üçün müqavilə imzalayıb
KİV: İranın İsrailə mümkün hücumu zamanı hədəf alınacaq dörd hərbi obyektinin adı açıqlanıb
İsrail 500 milyon dollarlıq lazer hava hücumundan müdafiə sistemləri sifariş edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər