Cəlal Hüseynov: "Rumıniya klubuna keçidim karyeramda irəliyə atılan addımdır"
Rumıniyanın "Petrolul" klubuna transferi Azərbaycan yığmasının müdafiəçisi Cəlal Hüseynov üçün irəliyə doğru addımdır.
Futbolçu bunu "Sizinxeber.az"a açıqlamasında deyib.
O, seçiminin səbəblərini bölüşüb:
"Başqa klublardan da maraq var idi. Ən real təkliflərdən biri Moldovanın "Şerif" klubundan gəlmişdi. Onlar mənə rəsmi təklif göndərmişdilər. Bundan başqa, Özbəkistan və Xorvatiya təmsilçiləri ilə də təmaslarımız oldu, lakin müqavilə imzaladığım günə qədər ən real təkliflər "Petrolul" və "Şerif"dən gəlmişdi. "Petrolul"u seçməyimin səbəblərinə gəlincə, mənə çox ciddi maraq göstərdilər. Klub prezidentinin və portuqaliyalı yeni baş məşqçinin mənə yanaşması qərarımda həlledici rol oynadı. Prezident irəli sürdüyüm bütün şərtlərlə razılaşdı. Məni bu dərəcədə komandada görmək istəyən kollektivə qoşulmağın karyeram üçün daha faydalı olacağını anladım".
Futbolçu yeni mühitə uyğunlaşma prosesində problem yaşamayacağını düşünür:
"Düşünürəm ki, adaptasiya problemi yaşamayacağam, çünki artıq xaricdə oynamaq təcrübəm var. Nələr etməli olduğumu yaxşı bilirəm. Doğrudur, fərqli insanlar, yeni ölkə və mühitdir. Lakin tez bir zamanda komandaya uyğunlaşacağıma inanıram. Bu, karyeramda geriyə getmək və ya yerimdə saymaq deyil, məhz irəliyə doğru atılmış bir addımdır".
Milli komandanın üzvü Rumıniya çempionatının səviyyəsini və yeni klubunun azarkeş potensialını qabardıb:
"Rumıniya çempionatında bir çox köklü və UEFA Çempionlar Liqasında oynamış klublar çıxış edir. Bolqarıstanda da belə komandalar var idi, lakin son vaxtlar orada yalnız bir klub ön plana çıxırdı. "Petrolul" da zəngin tarixə malik, çox köklü komandadır. Hər oyuna 15-20 min azarkeş gəlir. Bu amil də məni çox cəlb etdi. Yeni çempionatda özümü yaxşı tərəfdən göstərib, daha böyük uğurlar qazanmaq istəyirəm".
O, "Petrolul"un qarşıdakı hədəflərindən və heyətdəki dəyişikliklərdən də bəhs edib:
"Komanda olaraq UEFA Avropa Liqasına və ya UEFA Konfrans Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparacağıq. Rumıniya çempionatında fərqli sistem tətbiq olunur. İki dövrədən sonra pley-off mərhələsi başlayır. Əsas məqsədimiz pley-offa yüksəlməkdir. Hazırda klubda yenidənqurma işləri gedir. Mənimlə yanaşı, heyətə 5-6 yeni futbolçu cəlb olunub, aparıcı oyunçular isə qorunub saxlanılıb. Baş məşqçi ilə birlikdə qarşıya qoyulan hədəflərə çatacağımıza inanıram".
Qeyd edək ki, Cəlal Husenov "Petrolul"la 2 illik müqavilə imzalayıb. Futbolçu ötən mövsümü Bolqarıstanın "Arda" klubunda keçirib.
Oxşar xəbərlər
"Səbail"dən ayrılan futbolçu Xorvatiya çempionatında çıxış edəcək
"Fənərbağça"nın yeni transferi Rusiya klubuna transfer olunub
"Fənərbağça"nın yeni transferi icarə əsasında Rusiya klubuna keçib
"Şamaxı" yeni transferini açıqlayıb
Bakı klubunun yeni transferi: "Komandaya doğru yola qayıtmaqda kömək etməliyəm"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Ümid Mamadaminov: "Xəzərdən keçən enerji dəhlizinin TİƏ-nin birinci mərhələsi gələn il başa çatacaq" - EKSKLÜZİV
-
"QHT işi" üzrə ittiham olunan mərkəz rəhbərinə hökm oxunub
-
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
